Icma.az
close
up
RU
Nazirliklərə nəzarət artırıldı YENİ QAYDALAR

Nazirliklərə nəzarət artırıldı YENİ QAYDALAR

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanlarının (nazirliklərin, dövlət xidmətləri və agentliklər) fəaliyyət qaydaları yenilənib.

Prezident İlham Əliyevin 17 noyabr 2025-ci il tarixli Fərmanı ilə təsdiqlənən yeni Nümunəvi Əsasnamə hökumətdə idarəetmə mexanizmini əhəmiyyətli dərəcədə dəyişdirir.

Yeni sənəd əvvəlki əsasnamə ilə müqayisədə həm struktur, həm maliyyə, həm də kadr siyasəti sahəsində rəhbərlərin səlahiyyətlərini xeyli genişləndirir və onlara əlavə öhdəliklər gətirir.

Sənədin ən diqqətçəkən tərəfi odur ki, nazirliklər artıq təkcə siyasəti hazırlayan qurum kimi deyil, bu siyasətin icrasına nəzarət edən və əlaqələndirmə aparan əsas icraçı mexanizm kimi müəyyənləşdirilir. Əvvəllər ümumi formada göstərilən “dövlət siyasəti və tənzimləmə” funksiyası indi “dövlət nəzarəti”, “dövlət tənzimləməsi” və “əlaqələndirmə” kimi ayrıca fəaliyyət istiqamətləri halına salınıb.

Yeni əsasnamə rəhbərlərin məsuliyyət dairəsini də genişləndirir. Nazirliklər daxilində korrupsiya risklərinin müəyyən edilməsi və onların idarə olunması artıq birbaşa rəhbərin öhdəliyidir. Bunun üçün qurum daxilində xüsusi bölmə və ya məsul şəxs təyin olunmalıdır. Bundan başqa, dövlət-özəl tərəfdaşlığı, səfərbərlik hazırlığı, elmi tədqiqatların təşkili və beynəlxalq layihələrdə iştirak kimi sahələr də rəhbərin fəaliyyət dairəsinə daxil edilib.

Diqqət çəkən yeniliklərdən biri də rəqəmsal idarəetmə tələbləridir. Nazirliklər rəsmi internet informasiya ehtiyatlarını yaratmalı, açıqlanmalı olan ictimai məlumatları daim yeniləməli, kargüzarlıq və sənəd dövriyyəsini rəqəmsal şəkildə təşkil etməlidirlər. Həmçinin hər bir nazirliyin yanında İctimai Şura yaradılması məcburi xarakter alır.

Yeni sənəd rəhbərlərə daha böyük idarəetmə sərbəstliyi verir. Nazirlik daxilində struktur bölmələrin yaradılması və ləğvi, ştat cədvəlinin təsdiqi, büdcə vəsaitinin bölüşdürülməsi, tabeli qurumların fəaliyyətinə nəzarət və işçilərə maddi təşviqlərin verilməsi kimi məsələlər rəhbərin səlahiyyətinə çevrilir. Eyni zamanda işçilərə xüsusi və diplomatik rütbələrin, ixtisas dərəcələrinin verilməsi qaydası da daha aydın şəkildə tənzimlənib.

Nazirliyin Kollegiya institutunun səlahiyyətləri də artırılıb. Artıq kollegiya bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən birgə normativ aktlar qəbul edə bilər. Kollegiya tərəfindən qəbul olunan qərarların dairəsi əvvəlki sənədlə müqayisədə daha genişdir.

Apellyasiya Şuralarının fəaliyyəti də yenilənib. Sahibkarların müraciətlərindən başqa, dövlət qulluğuna qəbul müsahibələrinin nəticələri ilə bağlı şikayətlər də bu şuralarda araşdırılacaq. Şuranın tərkibini isə birbaşa nazir təsdiq edir.

Beləliklə, yeni əsasnamə hökumətin idarəetmə sistemində həm nəzarət, həm də çeviklik imkanlarını artırır. Nazirliklərə verilən yeni səlahiyyətlər onları daha məsuliyyətli, daha şəffaf və daha funksional qurumlara çevirməyi hədəfləyir. Bu dəyişikliklər dövlət idarəçiliyində növbəti mərhələnin başlandığını göstərir.

Modern.az">Modern.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Noyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri