Icma.az
close
up
RU
Nazirliyin keçmiş idarə rəisi ilə bağlı qərar çıxarıldı

Nazirliyin keçmiş idarə rəisi ilə bağlı qərar çıxarıldı

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Ali Məhkəmədə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru Alim Əlizadənin barəsindəki qərardan verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  
 

Qərara əsasən, şikayət təmin edilməyib.
  

Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alim Əlizadəyə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. 
 

Qeyd: Araşdırmalar zamanı müəyyən edilib ki, Alim Əlizadə İsmayılı, Oğuz və Qəbələ rayonlarında meşə təsərrüfatına məxsus ərazilərdə obyektlərin tikilməsi, müxtəlif sayda söhbətgahların salınması və digər tikililərin inşa edilməsinə şərait yaradıb və bunun üçün külli miqdarda pul alıb. Alim Əlizadə barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (rüşvət alma, külli miqdarda və təkrar törədilməklə) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən Alim Əlizadə ona elan olunan ittihamlarla özünü təqsirli bilməyib. O, barəsində yazılanların yalan olduğunu, ona müraciət edən vətəndaşlara yalnız məsləhət verdiyini, düzgün istiqamət göstərdiyini deyib. Məhkəmədə bəlli olub ki, Alim Əlizadə bu vəzifəyə 3 il əvvəl təyinat alıb. Ona qədər mərkəzin direktoru İlqar Qəribov olub. O, işində yol verdiyi nöqsanlara görə barəsində cinayət işi başlanıb və həbs olunub. Onun yerinə Alim Əlizadə təyin edilib. Lakin Alim Əlizadənin də anoloji əməllər törətməsi barədə hüquq-mühafizə orqanlarına müraciətlər daxil olub. Bundan sonra Alim Əlizadə işdən çıxarılıb, barəsində cinayət işi başlanıb. Məhkəmədə zərərçəkmişin nümayəndəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə dəymiş ümumilikdə 68 min 403 manat məbləğində ziyanın ödənilməsini tələb edib. 

Kamal Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://pravda.az
archiveBu xəbər 25 Dekabr 2024 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see174

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see138

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see127

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see125

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see122

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see122

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see120

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see119

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see119

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see118

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see117

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see117

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see117

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see116

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see116

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see115

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see115

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see114

Ərdoğanın səhhəti pisləşdi? RƏSMİ AÇIQLAMA

09 İyun 2025 21:11see112

Rəsmi Bakıdan Medinskiyə Cavab

09 İyun 2025 23:29see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri