Məhkəmə nazirliyin eks əməkdaşı ilə bağlı qərar verdi
Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.
Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən S.Nağıyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, S.Nağıyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş əməkdaşı olub. O, 2017-ci illərdə nazirliyin 11.963,5 manat pulunu mənimsəyib.
Cəbrayıl Rayon Məhkəməsinin hökmü ilə S.Nağıyevin əvvəlki cəzası da birləşdirilərək 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: S.Nağıyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Kamal Məmmədov


