Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl Qazuanidən
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz Qardaşım.
Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha da çox tərəqqi və rifah diləyirəm.
Mən, həmçinin ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın mənafeləri naminə möhkəmlənməsi və inkişafı istiqamətində səyləri davam etdirmək niyyətimizi bir daha bildirirəm.
Zati-aliləri, əziz Qardaşım, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz.
Qardaşınız,
Məhəmməd uld Şeyx əl-Qazuani
Mavritaniya İslam Respublikasının Prezidenti
Baxış sayı:118
Bu xəbər 11 İyun 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















