NBC: Trampın məsləhətçiləri Putinə zəng edilməsinə qarşı çıxırlar
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Trampın yaxın ətrafı Ağ ev rəhbərinə Vladimir Putinlə telefon danışığından çəkinməyi tövsiyə edib. Bu barədə NBC telekanalı ABŞ prezident administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətləri hesab edirlər ki, prezidentlər arasında telefon danışığı yalnız Rusiya Ukraynada tam atəşkəsə razılaşdıqdan sonra mümkün olacaq. NBC dəqiqləşdirib ki, hazırda Vladimir Putin və Donald Tramp arasında planlaşdırılmış telefon danışığı yoxdur.
Martın sonunda Rusiya prezidenti amerikalı həmkarının Ukraynadakı münaqişəyə son qoymaq istədiyinə əminliyindən danışıb. O əlavə edib ki, böhranın həlli üçün “ətraflı müzakirə və yanaşma” lazımdır. Fevralın 12-də Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı olub. Prezidentlər arasında ikinci təmas martın 18-də baş tutub.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 04 Aprel 2025 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















