Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

 Elektron imtahan sistemi etimadı artıracaq Təhsil eksperti

 Elektron imtahan sistemi etimadı artıracaq Təhsil eksperti

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəffaflıq təmin ediləcək, nəticələr saniyələr içində açıqlanacaq

Ötən il Dövlət İmtahan Mərkəzi (DİM) 323 imtahan keçirib. Bunu DİM sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə dair tədbirdə deyib. O qeyd edib ki, imtahanların böyük hissəsinin elektronlaşdırılması nəzərdə tutulur:

“Bu baxımdan nəzarətçi müəllimlərin elektron imtahan sistemləri ilə bağlı məlumatlı olması və nəzarəti müasir tələblərə uyğun şəkildə həyata keçirməsi vacibdir. Zal nəzarətçilərinin sertifikasiyası ilə bağlı mütəmadi olaraq elanlar verilir. Nəzarətçilər sertifikata malik müəllimlər arasından seçilir. Bu proses davamlı xarakter daşıyır. Zal nəzarətçilərinin hazırlanması müntəzəm şəkildə təşkil olunur”.

Dünyanın süni intellektə və rəqəmsal texnologiyalara əsaslanan sistemlərə keçid etdiyini vurğulayan təhsil eksperti Ramin Nurəliyev “Sherg.az”a açıqlamasında bu sahədə Azərbaycanda da ilkin nailiyyətlərin müşahidə olunduğunu bildirib. 

DİM-in və Elm və Təhsil Nazirliyinin elektron imtahan təcrübəsinin olduğunu xatırladan ekspert hazırda bir sıra imtahanların, o cümlədən, MİQ, sertifikasiya və müəyyən səviyyəli qəbul imtahanlarının elektron formada keçirildiyini qeyd edib. Onun fikrincə bu təcrübə gələcəkdə daha geniş tətbiq üçün etibarlı əsas yaradır. 

Bununla belə, R.Nurəliyev qeyd edib ki, tam elektron imtahan sisteminə keçid üçün ciddi texniki və maliyyə hazırlığı zəruridir: “İnzibati binaların uyğunlaşdırılması, texniki infrastrukturun qurulması, təhlükəsizlik tədbirlərinin təmin edilməsi üçün ciddi maliyyə vəsaiti və resurs tələb olunur. Amma bu sərmayə gələcəkdə həm vaxt, həm də insan resurslarına qənaət baxımından geri dönəcək. Fikrimcə, elektron imtahan sisteminə keçidin əsas üstünlüklərindən biri insan faktorunun aradan qaldırılması və nəticələrin daha obyektiv şəkildə qiymətləndirilməsidir. İmtahanların yoxlanılmasına insan əli dəyməməlidir. İnsan faktoru olduqda, istər-istəməz obyektivlik sual altına düşür. 

Əvvəllər qəbul imtahanlarında yalnız test sualları olduğu dövrdə nəticələr 3 gün ərzində elan olunurdu. DİM-in sualları elektron şəkildə qiymətləndirməsi bu prosesi xeyli sürətləndirirdi. Lakin son illər imtahanlara yazılı və açıq tipli sualların daxil edilməsi nəticələrin gecikməsinə səbəb olur. Belə ki, bu sualların yoxlanması insan əməyi tələb etdiyindən həm zaman baxımından uzanır, həm də müəyyən subyektiv hallara yol aça bilir. Uzunmüddətli qəbul prosesi isə abituriyentləri tükəndirir. Hazırda ali təhsil müəssisələrinə qəbul prosesi mart ayında ərizə qəbulundan başlayır və sentyabrda ixtisas seçimi və yerləşdirmə ilə yekunlaşır. Bu isə abituriyentlərin yay aylarını uzunmüddətli stress altında keçirməsinə səbəb olur. Təsəvvür edin ki, bir abituriyent mart ayında müraciət edir, bir neçə mərhələdən keçməli olur, imtahanlar, nəticələrin gözlənilməsi, apelyasiya prosesi, ixtisas seçimi və yerləşdirmə mərhələləri aylarla çəkir. Nəticədə, sentyabrın 15-də universitet həyatına başlayan gənc psixoloji cəhətdən yorğun və motivasiyasız olur”.

R. Nurəliyev qeyd edib ki, bütün imtahanlar elektron formada keçirilsə, nəticələr də avtomatik şəkildə, qısa zaman ərzində elan edilə bilər: “Bu, həm sistemə etimadı artırar, həm də apelyasiya şikayətlərinin sayını azaldar. Rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi imtahan prosesinin daha şəffaf və ədalətli təşkilini mümkün edir. Bütün bu arqumentlər göstərir ki, Azərbaycanda imtahan sisteminin tam elektronlaşdırılması artıq sadəcə plan yox, zərurətə çevrilməkdədir. İnfrastruktur və texnoloji imkanların gücləndirilməsi, insan resurslarının müasir tələblərə uyğunlaşdırılması ilə bu keçid reallaşdırıla bilər. Bu isə ölkənin təhsil sistemində keyfiyyət və şəffaflığın yeni mərhələsinə yol aça bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Fevral 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri