Icma.az
close
up
RU
 Xaricdə iş elanlarının arxasında insan alveri şəbəkəsi! EHTİYATLI OLUN!

 Xaricdə iş elanlarının arxasında insan alveri şəbəkəsi! EHTİYATLI OLUN!

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin üzvü həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 49 yaşlı Rima Gülaliyeva həbs edilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, o, xarici ölkələrin birində şəxsiyyəti konfidensial saxlanılan Azərbaycan Respublikasının vətəndaşı olan qadınları aldadıb xarici ölkəyə aparmaq, onlara hədə-qorxu gələrək cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. R.Gülaliyeva tamah məqsədilə transmilli mütəşəkkil dəstənin xarici ölkə vətəndaşları olan üzvləri ilə cinayət əlaqəsinə girib. Cinayət işi üzrə R. Gülaliyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında bildirdi ki, DİN-nin bir müddət əvvəl vətəndaşlara müraciət edərək xarici ölkələrdə iş, təhsil elanlarına diqqətli yanaşmaqla bağlı tövsiyəsi təsadüfi deyidli:

- DİN-nin mətbuat xidmətinin məlumatında bildirilirdi ki, yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi vədi ilə təkliflər cəlbedici görünsə də, araşdırmalar son dövrlər sosial şəbəkələrdə xaricdə iş və ya təhsil adı altında saxta elanlara rast gəlinir. Bu saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər. Bu kimi hallardan qorunmaq vətəndaşlar xaricdə yüksək məvacibli işlə bağlı təklif aldıqda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin “152“ Qaynar Xəttinə müraciət edərək konfidensiallıq təmin edilməklə ödənişsiz məsləhət ala bilərlər. Ya da təklif gələn ölkədə akkreditasiya olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə əlaqə saxlayıb elanın həqiqiliyini dəqiqləşdirə bilərlər. Hazırda məlumat əldə etmək çətin deyil, internet resursları var, onlayn yazışmalar mümkündür, hər cür məlumatı dəqiqləşdirmək olar. 

M.Zeynalova qeyd etdi ki, ehtiyat tədbirləri bununla da bitmir. Vətəndaşlar başqa bir ölkəyə səfər etdikdə diqqətli olmalı, şəxsiyyəti təsdiq edən sənədi heç kimə verməməlidirlər: 

- Daim məsləhət görürük ki, kimsə sizə xarici ölkədə iş, yaşayış, yüksək gəlir təklif edirsə, əvvəlcə dəqiqləşdirmək lazımdır, nə dərəcədə doğrudur, realdır. Xarici ölkəyə getdiniz, sizə iş təklif olundu, yenə də mütləq əmək müqaviləsinin bağlanmasını tələb edin. Sizə qarşı qanunazidd əməl varsa, yerli polis orqanına, eləcə də həmin ölkələrdə fəaliyyət göstərən Azərbaycanın diplomatik nümayəndəliklərinə, konsulluqlara müraciət edilə bilər. Bir çox iş yerləri üçün hələ də görkəm, yaş həddi qabardılır, təhsilin önəminin olmaması xüsusi vurğulanır. Bütün bu cəlbedici elanların arxasında isə insan alveri təhlükəsi olduqca böyük görünür. Qadın, kişi fəüq etmir, təklifi edən şəxsin kimliyini, harada necə fəaliyyət göstərdiyini öyrənmək, dəqiqləşdirmək lazımdır. Bəzən vətəndaşlarımız rəsmi qurumlara müraciət etməkdən, məlumat almaqdan və özü haqqında məlumat verməkdən çəkinir, amma insan alverçilərinin girovuna çevrilirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:333
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Fevral 2026 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri