Icma.az
close
up
RU
NDU da Duz emalatxanası yaradılacaq

NDU da Duz emalatxanası yaradılacaq

Icma.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 12 mart, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində İncəsənət fakültəsinin “Təsviri incəsənət” kafedrasının baş müəllimi Əzizə Məmmədovanın rəhbərliyi ilə Təsviri incəsənət ixtisasında təhsil alan tələbələrin dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sərgiyə baxış zamanı Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını qeyd edən NDU-nun rektoru Elbrus İsayev Əzizə Məmmədovanı təbrik edib, onun respublika səviyyəli sərgilərdə iştirak etdiyini, uğurlu yaradıcılıq işlərinə imza atdığını və özünəməxsus yaradıcılıq xüsusiyyətlərinə malik olduğunu söyləyib.

Rektor universitetdə Duz emalatxanasının yaradılması istiqamətində işlərin aparıldığından danışıb və əlavə edib ki, bu emalatxanada tələbə və müəllimlərin hazırladıqları hədiyyəlik, eləcə də satış üçün nəzərdə tutulan müxtəlif yaradıcılıq nümunələri, memarlıq və heykəltaraşlıq əsərləri təqdim olunacaq.

İncəsənət fakültəsinin dekanı, dosent Cavid İsmayılov, “Təsviri incəsənət” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Siddiqə Hacıyeva və “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq elmləri doktoru İnara Məhərrəmova da Əzizə Məmmədovanı təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Bildirilib ki, sərgidə tələbələrin sərbəst iş nümunələri, dərs müddətində və auditoriyadankənar hazırladıqları əsərlər nümayiş olunur.

Qeyd edək ki, sərgidə 100-dən artıq dekorativ-tətbiqi sənət nümunəsi təqdim olunub. Burada əsasən ebru sənət nümunələri, Naxçıvan duzundan hazırlanmış oyma və heykəltaraşlıq işləri, rəngkarlıq və vitraj nümunələri, şüşə üzərində oyma, milli ornamentlərdən ibarət kompozisiyalar, duzdan hazırlanmış bəzək aksesuarları sərgilənib. Eyni zamanda, sərgidə patentləşdirilmiş duzdan hazırlanmış qadın zinət əşyaları da nümayiş etdirilib.

Müxbir - Nail Əsgərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Mart 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri