Icma.az
close
up
RU
İranda etirazların alovlanmasının PƏRDƏARXASI Narazılığı tətikləyən səbəblər və MÜMKÜN SSENARİLƏR

İranda etirazların alovlanmasının PƏRDƏARXASI Narazılığı tətikləyən səbəblər və MÜMKÜN SSENARİLƏR

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranda dekabrın sonlarından etibarən başlayan etiraz aksiyaları hər keçən gün daha da şiddətlənir. Proseslərdə etirazçılarla təhlükəsizlik gücləri arasında yaşayanan insidentlər də artmaqdadır.
Etirazlara qatılan insanlar arasında ölüm hallarının olması isə gərginliyi səngitmək əvəzinə daha da artırır.
 

MÖVZU İLƏ BAĞLI:
Siyasi çürümənin ANATOMİYASI - İranda böhranı tətikləyən əsas FAKTORLAR


Bəs İranda yaşanan etirazların pərdəarxası məqamları nələrdir? Sözügedən gərginlik kimlərə sərf edir? Yaranan vəziyyət İsrailin İrana hücumlarını aktivləşdirə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını Cənubi azərbaycanlı politoloq Saleh Kamrani cavablandırıb.
Kamranı hesab edir ki, etirazların ilkin səbəbi xarici valyutaların, xüsusilə dolların sürətlə bahalaşması olub. Bu artım ilk olaraq Tehrandakı sahibkarların etirazına yol açıb.
“Lakin son günlərdə, xüsusilə ikinci gündən etibarən etirazlar digər şəhərlərə də yayılıb. Daha çox İranın kiçik şəhərlərində, mərkəzi və cənub bölgələrində bu dalğa özünü göstərir. Hazırda İran belə bir etiraz dalğası ilə üz-üzədir.
Başlanğıc səbəb valyuta bahalaşması olsa da, etirazların arxasında çoxsaylı və dərin problemlər dayanır. İranın ağır iqtisadi vəziyyəti, işsizlik, yüksək inflyasiya, İsrail, ABŞ və ümumilikdə dünya ilə davam edən gərginliklər, dövlət resurslarının böyük hissəsinin raket proqramına, nüvə layihələrinə yönəldilməsi ölkədə yaşayışı dözülməz hala gətirib. Bu səbəbdən etirazları tək bir amillə izah etmək düzgün olmaz”.
ABŞ və İsrail bu halda müdaxilə edəcək
Kamrani bildirib ki, etirazlarla ABŞ və ya İsrailin İrana hərbi müdaxiləsi arasında birbaşa əlaqə qurmaq isə doğru olmazdı:
“ABŞ və İsrail üçün İrana hücum məsələsi əsasən iki faktorla bağlıdır. Birincisi, İranın ballistik raket proqramının genişləndirilməsi, ikincisi isə nüvə proqramının atom bombası mərhələsinə çatdırılması ehtimalıdır. Bu mövqe həm İsrail, həm də ABŞ tərəfindən dəfələrlə açıq şəkildə ifadə edilib. Hətta bildirilib ki, İran bu iki istiqamətdə fəaliyyətini davam etdirərsə, əvvəlki 12 günlük qarşıdurmadan sonra yenidən hərbi müdaxilə gündəmə gələ bilər.
İran rəsmiləri isə nüvə bombası istehsal etmək niyyətində olmadıqlarını deyir və bu iddiaları inkar edirlər. Bu baxımdan daxili etirazlarla xarici hərbi müdaxilə arasında birbaşa əlaqə görmürəm”.
Hazırkı etirazlarda səslənən bəzi şüarlar da diqqət çəkir.
 

Politoloq hesab edir ki, beş il əvvəl baş verən etirazlarda bu cür şüarlar yox idi və həmin aksiyalar daha az zorakılıqla müşayiət olunurdu:


“Üç il əvvəl qadınların iştirakı ilə keçirilən etirazlarda isə şüarlar daha sərt idi, hətta açıq ölüm təhdidləri səslənirdi. Bu il səslənən şüarlar potensial olaraq rejim üçün təhlükəli ola bilərdi, lakin hələlik bu proses rejimin sonunu gətirəcək səviyyəyə çatmayıb. İstənilən halda, aksiyalar coğrafi baxımdan genişlənib. Xüsusilə ikinci gündən sonra kiçik şəhərlərdə və İranın mərkəzi bölgələrində etirazlar daha da güclənib. Bununla yanaşı, İran əhalisinin böyük hissəsini təşkil edən türklər, kürdlər, ərəblər, bəluclar və digər qeyri-fars xalqlar bu prosesin taleyinə ciddi təsir göstərə biləcək əsas amillərdir”.
İranda hakimiyyətdaxili mübarizə
Politoloq əlavə edib ki, sistem daxilində Pezeşkianın əleyhdarları, xüsusilə Cəliliyə yaxın qruplar və SEPAH daxilində müxtəlif qollar mövcuddur. Aralarında müəyyən mübahisələr yaşansa da, nəticə etibarilə bunlar sistemin əsas dayaqlarıdır və rejimi real təhlükə altına salacaq addımlar atmırlar:
“Pezeşkiana qarşı müəyyən təhdidlər, o cümlədən sui-qəsd ehtimalları istisna olunmur, lakin əsas mübarizə iqtisadi resurslar, pul axınları və maraq zonaları üzərində gedir. İmpiçment məsələsinə gəlincə, İranı ABŞ və ya digər ölkələrlə müqayisə etmək düzgün deyil. İranda müstəqil parlament və real demokratiya yoxdur. Bütün sistem ali rəhbər Xameneiyə tabedir. Pezeşkian faktiki olaraq onun nümayəndəsi rolunu oynayır. Parlament rəhbərliyi və digər yüksək vəzifəli şəxslər də eyni sistemin tərkib hissəsidir və rejimi təhlükəyə atacaq qədər irəli getmirlər”, - deyə S.Kamranı əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Yanvar 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see372

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see217

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see200

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see184

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see179

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see176

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see173

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see151

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see139

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see138

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see137

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri