Litva və Latviyanın Skandinaviya ölkələri ilə internet əlaqəsini təmin edən optik kabel zədələnib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Baltik dənizində Litva ilə Latviya arasında çəkilmiş optik kabel Liepaya limanından bir neçə kilometr aralıda zədələnib.
APA xəbər verir ki, bu barədə Litvanın Milli Böhranların İdarəetmə Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas LRT radiosuna məlumat verib.
Vitkauskas qeyd edib ki, kabel Litva və Latviya üçün kritik infrastrukturun bir hissəsidir və Skandinaviya ölkələri ilə internet əlaqəsini təmin edir.
Məlumata görə, zədələnmə Latviya ərazi sularında qeydə alınıb. Hazırda Latviya xidmətləri kabelin bərpası üzərində çalışır. Faktla bağlı Latviyada cinayət işi başlanıb.
Latviya polisi və sahil mühafizəsi hazırda Liepaya limanında olan bir gəmini yoxlayır, ekipaj üzvləri sorğu sual edilir.
BNS agentliyinin məlumatına görə, Yeni il ərəfəsində Finlandiya və Estoniya arasında “Elisa” şirkətinə məxsus sualtı kabel də zədələnib.
Bundan sonra Finlandiya polisi Sankt-Peterburqdan İsrailin Hayfa şəhərinə gedən “Fitburq” gəmisini saxlayıb və gəmi ekipajın 14 üzvünü şübhəli kimi saxlayıb. Onlar gəminin lövbəri ilə kabeli zədələməkdə şübhəli bilinirlər.
Xatırladaq ki, son aylarda Baltik regionunda oxşar kabel zədələnmələri qeydə alınıb və NATO bu cür insidentlərdən sonra “Baltic Sentry” adlı monitorinq missiyasına başlayıb.
Ekspertlər bu hadisələri Rusiyanın həyata keçirdiyi hibrid fəaliyyətlərin tərkib hissəsi kimi dəyərləndirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 05 Yanvar 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















