Icma.az
close
up
RU
NDU da “Süni intellekt: nəzəriyyədən praktikaya” II Beynəlxalq elmi konfransı keçirilib

NDU da “Süni intellekt: nəzəriyyədən praktikaya” II Beynəlxalq elmi konfransı keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 26 may, AZƏRTAC

NDU-da “Süni intellekt: nəzəriyyədən praktikaya” II Beynəlxalq elmi konfransı keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə Memarlıq və mühəndislik fakültəsinin tələbələrinin süni intellekt proqramı ilə hazırlanan yaradıcılıq nümunələrindən ibarət səgiyə baxış olub. Sərgidə moderator robot “Banu”, radio siqnal ilə idarə olunan robot qol, müasir gömrük sistemi, CNC printer – lazer, hərbi sənaye üçün müdafiə sistemi, rəssam printer, ağıllı ev, ağıllı şəhər, NDU üçun prototip tramvay, ağıllı dayanacaq, ağıllı avtomobil dayanacaqları, ağıllı eynək, süni intellekt modeli–proqram, tullantı qablardan filament istehsal edən qurğu nümayiş olunub.

“Süni intellekt: nəzəriyyədən praktikaya” II Beynəlxalq elmi konfrans süni intellekt sistemlərinin müxtəlif sahələrdə tətbiqi ilə bağlı videoçarxın izlənilməsi ilə başlanıb.

Konfrans ilk robot moderator qadın "Banu"nun təqdimatında baş tutub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, süni intellektlə bağlı maarifləndirmə işində ali təhsil müəssisələrinin də qarşısında mühüm vəzifələr dayanır. Bu mənada konfrans tədqiqatçılar üçün bilik və təcrübə mübadiləsi imkanı yaratmaqla yanaşı, eyni zamanda, yeni tədqiqat istiqamətlərinin təməlini qoymaq üçün də əhəmiyyətli platformadır. Həmçinin bu sahədə tədqiqatlar aparmaq, kadrlar hazırlamaq, süni intellekt ekosisteminin formalaşmasında iştirakçı tərəf olmaq üçün uğurlu təşəbbüsdür.

Elbrus İsayev qeyd edib ki, artıq universitetdə tədris olunan ixtisaslarda süni intellekt seçmə fənn olaraq şaxələndirilib. İki gün ərzində keçirilən bu əlamətdar tədbir də xüsusi mahiyyət daşıyır. “Ötən il olduğu kimi, bu il də ev sahibliyi etdiyimiz konfrans vasitəsilə müxtəlif ölkələrdən olan tədqiqatçılar arasında əməkdaşlıq əlaqələri inkişaf etdiriləcək, elmi yeniliklər geniş auditoriya ilə paylaşılacaq. Həmçinin gənc tədqiqatçıları elmi fəaliyyətə təşviq edərək, onların süni intellekt sahəsində daha da ixtisaslaşmasına şərait yaradacaq”, – deyə rektor bildirib.

Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Azər Məmmədrəhimov deyib ki, Naxçıvan Dövlət Universiteti süni intellekt sahəsində məqsədyönlü fəaliyyətlər həyata keçirir. Universitet nazirlik ilə sıx əməkdaşlıq edir, tələbələrinə yeni təcrübələr qazandırır. Sərgi və konfrans da öz növbəsində süni intellektin yeni idarəetmə, yeni baxış modelini zəngin proqramı ilə ictimailəşdirir və maariflənmədə xüsusi rol oynayır.

ARETN İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov müasir dövrdə insan fəaliyyətinin bütün sahələrinə sürətlə nüfuz edən süni intellekt texnologiyalarının inkişafından danışıb, Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”ndan irəli gələn vəzifələrdən söz açıb.

Türkiyənin İstanbul Universiteti – Cərrahpaşanın rektoru, professor Nuri Aydın, Rusiyanın “Cənub” Universitetinin rektoru professor İmran Əkbərov, Gümüşhane Universitetinin rektoru, professor Oktay Yıldız məruzə ilə çıxış ediblər. Natiqlər konfransı süni intellektin nəzəri və texniki aspektlərini əhatə edən elmi fikir mübadiləsi aparmaq üçün əhəmiyyətli platforma adlandırıblar. Universitetin intellektual yöndə təşəbbüskar layihələrə ev sahibliyi etməsini yüksək dəyərləndiriblər.

Elbrus İsayev konfransın təşkilində əməyi olan əməkdaşlara təşəkkürnamələr, həmçinin tərəfdaşlara göstərdiyi dəstəyə görə hədiyyələr təqdim edib. Konfrans proqramı çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə İstanbul Universiteti – Cerrahpaşa, Gümüşhane Universiteti, ARETN İdarəetmə Sistemləri İnstitutu arasında birgə təhsil və elmi-tədqiqat fəaliyyətlərində əməkdaşlıq istiqamətində ayrı-ayrılıqda Əməkdaşlıq memorandumları imzalanıb.

Sonra bölmə iclasları olub. İki gün davam edəcək bölmə iclaslarında Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin elm-təhsil müəssisələrinin tədqiqatçılarının üz-üzə və onlayn (hibrid) iştirakı ilə ümumilikdə 4 salonda, 26 paneldə çıxışlar olacaq. 59 təşkilatın 282 təqdidqatçısı tərəfindən 210 tədqiqat üzrə məruzələr dinləniləcək. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

“Süni intelekt: nəzəriyyədən praktikaya” II Beynəlxalq elmi konfransında Azərbaycanın 33 elm-təhsil müəssisəsindən nümayəndə iştirak edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri