Icma.az
close
up
RU
NDU nun rektoru Elbrus İsayev “Açıqmikrofon” layihəsi çərçivəsində tələbələrlə görüşüb

NDU nun rektoru Elbrus İsayev “Açıqmikrofon” layihəsi çərçivəsində tələbələrlə görüşüb

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Açıq mikrofon” layihəsi çərçivəsində universitetin rektoru Elbrus İsayev növbəti dəfə tələbələrlə bir araya gəlib. Ali təhsil ocağının Tələbə Həmkarlar İttifaqları Komitəsinin təşəbbüsü ilə keçirilən tədbirə universitet rəhbərliyi, eləcə də müxtəlif struktur və bölmə müdirləri qatılıb. 

Açıq mikrofon zamanı Elbrus İsayev tələbələrlə birbaşa ünsiyyətin universitet idarəçiliyində mühüm rol oynadığını bildirib, bu cür görüşlərin problemlərin vaxtında müəyyənləşdirilməsi və operativ həlli baxımından əhəmiyyətini vurğulayıb.

Rektor qeyd edib ki, tələbəyönümlü strategiyası ilə seçilən NDU-da həyata keçirilən layihələrin mərkəzində məhz tələbələrin maraqları dayanır. Elbrus İsayev onların elmi və tədris prosesinin inkişafında aktiv tərəfdaş olduğunu qeyd edərək açıq ünsiyyət mühitinin davamlı şəkildə qorunacağını diqqətə çatdırıb.

Görüşdə bildirilib ki, tələbələrlə ünsiyyət təkcə bu formatla məhdudlaşmır. Auditoriyalarda keçirilən görüşlər, müxtəlif tədbirlər və universitetin rəsmi internet səhifəsində fəaliyyət göstərən “Rektora müraciət” bölməsi vasitəsilə tələbələrin təklif və müraciətləri mütəmadi olaraq qəbul edilir.

Layihə ali təhsil müəssisəsinin tədbirlərin təşkili və tələbələrlə iş sektorunun müdiri Hüseyn İmanovun moderatorluğu ilə keçirilib. Təxminən üç saat davam edən müzakirə zamanı Elbrus İsayev tələbələrin kampus, təhsil, tədris, elm, mobillik, beynəlxalq əlaqələr və s. məsələlərlə bağlı suallarını cavablandırıb. Ali təhsil ocağının rektoru, ümumilikdə 40-dan çox suala ətraflı cavab verib, problemlərin həlli istiqamətində fikir və tövsiyələrini bölüşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see234

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see176

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see166

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see149

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see148

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri