Icma.az
close
up
RU
NDU nun təhsil uğurları

NDU nun təhsil uğurları

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetləri ilə bağlı brifinq keçirilib.

Rektor Elbrus İsayev NDU-da elmi fəaliyyətin və tədrisin təşkili, tələbəyönümlü təhsil proqramları, beynəlxalq elm mühitinə inteqrasiya imkanları, ötən dövr ərzində müvafiq dövlət proqramının icrası istiqamətində reallaşdırılmış layihələr və görüləcək işlər, tədris prosesinin elektronlaşması, əsas strateji inkişaf prioritetləri, universtetin beynəlxalq reytinqlərdə mövqeyi və təhsilin digər aktual mövzuları barədə media təmsilçilərinə ətraflı məlumat verib.

Ali məktəb rəhbəri vurğulayıb ki, Naxçıvan Dövlət Universiteti ölkədə yeganə kampuslu universitet olaraq, 10 fakültə, 45 kafedra, Magistratura və doktorantura mərkəzi, Əcnəbi tələbələrlə iş və hazırlıq mərkəzi, 3 kollec (Naxçıvan Musiqi Kolleci, Naxçıvan Texniki Kolleci və Naxçıvan Tibb Kolleci), 1 beynəlxalq məktəb (NDU Beynəlxalq Kembric Məktəbi) və 1 gimnaziyası (İngilis dili Təmayüllü Gimnaziya) olan müasir tipli və çoxprofilli təhsil sisteminə malik ali təhsil müəssisəsidir.

Naxçıvan Dövlət Universitetinin beşillik strateji inkişaf planından bəhs edən rektor 2023-2027-ci illəri əhatə edən əsas strateji inkişaf prioritetləri kimi təhsil, tədqiqat, beynəlmiləlləşmə və resurslar müəyyənləşdirildiyini, ümumilikdə ali təhsil ocağının tədqiqat universitetinə çevrilməyi hədəflədiyini vurğulayıb. Universitetin son 5 illik fəaliyyət dövründə əldə olunan nailiyyətlərdən söz açıb, xüsusilə 2024-cü ildə bütün istiqamətlərdə irəliləyişlər olduğunu, yüksək göstəricilər qeydə alındığını diqqətə çatdırıb.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see318

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see296

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see276

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see274

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see228

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see226

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see199

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see198

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see195

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see194

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see193

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see193

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see189

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see188

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see187

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see187

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see185

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see183

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see172

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri