Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

“Nə bazarım, nə də ticarət obyektim var” Razi Nurullayevdən reaksiya

“Nə bazarım, nə də ticarət obyektim var” Razi Nurullayevdən reaksiya

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

"Adımdan istifadə edib manipulyasiya edirlər"

Sosial şəbəkələrdə deputat Razi Nurullayevin adının hallandırıldığı video geniş müzakirələrə səbəb olub. Videoda çıxış edən şəxs İmişli rayonunda fəaliyyət göstərən bir ticarət obyektində müqaviləsiz işlədiyini, gördüyü işin müqabilində təxminən 3 min manat alacağı qaldığını iddia edir.

O, obyektin Razi Nurullayevə məxsus olduğunu söylədiklərini, polisə şikayət etməsinin isə nəticə verməyəcəyinin bildirildiyini iddia edərək deputatın adından istifadə olunduğunu vurğulayır. 

Sherg.az xəbər verir ki, iddialarla bağlı millət vəkili Razi Nurullayev sosial şəbəkəsində açıqlama yayıb. Deputat bildirib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul deyil:

"Bu məsələ ilə bağlı həm şəxsən mən, həm də təmsil etdiyim siyasi partiya dəfələrlə aydın və birmənalı açıqlamalar vermişik. Artıq bu həqiqət təkcə jurnalistlərə deyil, ölkənin ən ucqar kəndində yaşayan vətəndaşlara da məlumdur ki, mənim nə bazarım, nə də hər hansı ticarət obyektim var. Buna baxmayaraq, bəzi media resursları sensasiya yaratmaq, daha çox baxış toplamaq və diqqət çəkmək naminə eyni əsassız iddiaları dövriyyəyə buraxmaqda davam edirlər. Təəssüf doğuran odur ki, bəzən peşəkar və məsuliyyətli hesab etdiyimiz media qurumları da faktları dəqiqləşdirmədən bu yanlış tendensiyaya qoşulurlar.

Cəmiyyətimizdə başqa bir yanlış yanaşma da formalaşdırılmağa çalışılır. Əgər hansısa vəzifəli şəxsin qohumlarından biri sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, onun bütün fəaliyyəti avtomatik şəkildə həmin vəzifəli şəxsin adına çıxılır. Halbuki bu, nə hüquqi, nə də mənəvi baxımdan qəbulolunandır. İlk vaxtlar bu cür məlumatları məqsədli şəkildə, müəyyən maraqlar qarşılığında yayanlar var idi. Sonradan isə bir çoxları məsələni araşdırmadan, hətta yazılanları tam oxumadan həmin dezinformasiyanı təkrarlamağa başladılar".

Parlamentari qeyd edib ki, heç bir vəzifəli şəxs qohumlarının bütün fəaliyyətinə görə hüquqi və ya mənəvi məsuliyyət daşıya bilməz:

"Hər bir insanın bacısı, qardaşı, valideyni, əmisi, dayısı, xalası və digər qohumları var. Onların hər biri müstəqil hüquq subyektidir, öz fəaliyyəti və qərarlarına görə şəxsən məsuliyyət daşıyır. Heç bir vəzifəli şəxs qohumlarının bütün fəaliyyətinə görə hüquqi və ya mənəvi məsuliyyət daşıya bilməz. Belə yanaşma nə qanunvericiliyə, nə də sağlam məntiqə uyğundur.

Təəssüf ki, bəzi şəxslər və hətta bəzi vətəndaşlar qəsdən vəzifəli şəxslərin qohumlarını bəhanə edərək onlara təzyiq göstərməyə, ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Bəzi “dırnaqarası” media resursları da bu kampaniyanın alətinə çevrilirlər. Halbuki böhtan xarakterli məlumatların yayılması, şəxsin şərəf və ləyaqətini ləkələyən əsassız ittihamların səsləndirilməsi qanunvericiliyin tələblərinə ziddir və hüquqi məsuliyyət yaradır".

Milli məclisin üzvü yalan məlumat yaymağın nə jurnalistikanın prinsiplərinə, nə də vicdana sığmadığını yazıb:

"Tənqid faktlara söykənəndə faydalıdır. Lakin yalan məlumat yaymaq, insanların nüfuzuna qəsd etmək, reytinq və baxış naminə böhtan kampaniyası aparmaq nə vətəndaş jurnalistikasının etik çərçivəsinə, nə jurnalistikanın prinsiplərinə, nə də vicdana sığır. Mən hər zaman açıq mövqe nümayiş etdirmişəm və bundan sonra da yalnız faktlara əsaslanan, məsuliyyətli ictimai müzakirələrin tərəfdarı olacağam".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 İyul 2026 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see357

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see331

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see299

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see273

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see261

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see251

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see246

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see242

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see229

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see224

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see223

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see215

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see212

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see200

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see194

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see183

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see178

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see177

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see169

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri