“Nə cərimə yazırlarsa, yazsınlar, pulum yoxdur” Rəşid Mahmudov
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Tibb elmləri namizədi Rəşid Mahmudov müğənni, Əməkdar artist və bəstəkar Elza Seyidcahana mənəvi ziyana görə 500 manat ödəməli olması barədə məhkəmə qərarına münasibət bildirib.
Milli.Az xəbər verir ki, R.Mahmudov bu barədə Bakıvaxtı.az-a danışıb.
O, bildirib ki, məhkəmənin qərarından xəbəri yoxdur:
"Yasamal Rayon Məhkəməsi niyə məni çağırmayıb? Nə cərimə yazırlarsa, yazsınlar. Pulum yoxdur. Mən demişəm, sözümün arxasındayam. Düz söz demək olmur. Sən özünü başqasından üstün sayırsansa, bu, dəlilik əlamətidir. Kitablarda da yazılıb. Dediyim fikirdə də qalıram".
Qeyd edək ki, Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb. Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudov mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Məhkəmə ddianın qismən təmin edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, Rəşid Mahmudov Elza Seyidcahana mənəvi ziyana görə, 500 manat məbləğində vəsait ödəməlidir.
Xatırladaq ki, Elza Seyidcahan Rəşid Mahmudovun efirdə onun barəsində təhqiramiz ifadə işlətdiyini iddia edərək məhkəməyə müraciət edib. O, Rəşid Mahmudovun mənəvi zərərə görə ona 10 min manat ödəməsini istəyib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 08 Oktyabr 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















