Icma.az
close
up
RU
Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur. Bütün risklər sərhədlərimizin kənarında formalaşır. Siyasi xarakterli risklər çox cüzidir. İdeoloji təxribatlarla bağlı riskləri də ciddi hesab etmirik. Çünki indiyədək belə cəhdlər çox olub, amma onların heç biri uğur qazanmayıb. Azərbaycan dövləti və cəmiyyəti Konstitusiyamızda təsbit olunmuş prinsiplərə sarsılmaz şəkildə sadiqdir. Fiziki təhlükələr isə əlbəttə ki, mövcuddur. Müasir müharibələrin xarakterini nəzərə alsaq, bu gün demək olar ki, heç bir ölkə özünü tam təhlükəsiz hesab edə bilməz. Xüsusilə də iki müharibə aparan dövlət arasında yerləşən bir ölkə üçün əsas təhlükə məhz budur. Üstəlik, həmin müharibələrin həm gedişi, həm də sonrakı nəticələri tamamilə proqnozlaşdırıla bilməz. Müharibənin özü böyük faciədir. Ancaq uzun sürən müharibə də az təhlükəli deyil. Müharibədən sonrakı dövrdə ölkələrin hansı vəziyyətdə olacağı, yaranmış problemləri necə həll edəcəyi əvvəlcədən bilinmir. Ona görə də bizim üçün əsas risk Azərbaycanı hansısa avantüralara cəlb olunmaq cəhdləridir. Əvvəllər belə cəhdlər əsasən siyasi xarakter daşıyırdı. Biz onlardan uğurla yayına bildik və nəticədə həmin cəhdlər demək olar ki, dayandı”, - dövlət başçısı deyib.

Prezident İlham Əliyev qeyd edib ki, indi isə bu təhlükələr daha ciddi və daha təhlükəli xarakter alıb:

“Amma özümüzü qorumağa öyrəşmişik. Birləşmiş təzyiqlərə qarşı mübarizə aparmağa da öyrəşmişik. Təhlükəsizliyimizi, sərhədlərimizi və müxtəlif təhdidlərə qarşı müdafiə sistemimizi gücləndirmək 2003-cü ildən etibarən mənim əsas fəaliyyət istiqamətlərimdən biridir. Gücüm çatdığı müddətdə də bunu davam etdirəcəyəm. Bu proses heç vaxt başa çatmayacaq. Ötən il artıq rahat nəfəs almağın mümkün olub-olmadığını müzakirə edirdik. Belə bir imkan olmayacaq. Hətta 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra da biz bir an belə dayanmadıq. Nə dincəlməyə, nə də uzun müddət bayram etməyə vaxtımız oldu. Çünki elə bayram etmək olar ki, sonra hər şeyi əldən verəsən. Biz dərhal növbəti mərhələyə hazırlaşmağa başladıq. 2023-cü ildən sonra isə Azərbaycana qarşı açıq təhdidlər və sanksiya cəhdləri başladı. Biz o vaxtdan bu günə qədər müxtəlif cəbhələrdə həmin təzyiqlərə qarşı mübarizə aparırıq. Yeri gəlmişkən, bir az əvvəl "orta güc" anlayışının meyarlarından danışarkən bir məqamı unutmuşdum. Onlardan biri də eyni vaxtda bir çox cəbhədə müqavimət göstərə bilmək bacarığıdır. Mən bizim vəziyyəti başqa münaqişələrlə müqayisə etmək istəmirəm. Adətən hansısa ölkəni bir qrup dövlət dəstəkləyir, digər qrup isə ona qarşı çıxır. Bizim vəziyyət isə tam fərqli idi. Biz fiziki deyil, siyasi və diplomatik müstəvidə eyni vaxtda bir çox istiqamətdə müdafiə olunmalı idik. Bu proses bu gün də davam edir. Ona görə də sakit həyat olmayacaq. Heç kim buna ümid etməsin”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 İyul 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri