Icma.az
close
up
RU
Nə penalti oldu, nə də qovulan, üç komanda da cəzalanmadı

Nə penalti oldu, nə də qovulan, üç komanda da cəzalanmadı

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Hansısa turda qırmızı vərəqə və mübahisəli penalti qərarı olmayıbsa, futbolçulara cəmi 15 sarı vərəqə göstərilibsə, deməli, meydanda səliqəli mübarizə gedib, futbolçular və baş məşqçilər ilə hakimlər briqadası arasındakı münasibət pozulmayıb.

Araz-Naxçıvan – Sabah, İNQİLAB MƏMMƏDOV
Avrokuboklara iddialıların matçını FİFA referisi idarə etdi. Qonaqlar minimal qələbə sayəsində “qırmızı-ağlar”ın 15 oyunluq məğlubiyyətsizlik seriyasına son qoydu. Düzü, meydanda gərginliyin son həddə çatdığını deyə bilmərik. Ona görə ki, komandalar yetərincə ehtiyatlı çıxış edir, hətta deyəsən, bir-birindən çəkinirdilər. Belədə kobud müdaxilələrin sayı gözlənilənfən az oldu. Təbii ki, nəticədə ədalət təmsilçisinin çiyinləri üzərindəki yük xəfiflədi. Məmmədov “Araz-Naxçıvan”ın iki, “Sabah”ın bir futbolçusuna “sarı” göstərməklə kifayətləndi. Əslində daha çoxuna da ehtiyac yox idi. Bəli, Elmar Baxşıyev Felipe Santosun 37-ci dəqiqədə cərimə meydançasında yerdə qaldığı epizoda görə penalti verilməsini istədi. Mütəxəssis bunun Noqeyranın kobudluğu üzündən olduğunu desə də, referi onunla razılaşmadı. İş orasındadı ki, görüntülərdə “Sabah”ın futbolçusunun rəqibinə toxunub-toxunmadığını dəqiqləşdirmək mümkün deyil. Qalan məsələlər İnqilab bəyin insafına qaldı.
Neftçi – Kəpəz, CAVİD CƏLİLOV
Derbinin taleyi Valdemar Almeyda və Rojerio Santosun 4-cü dəqiqədə yol verdiyi səhv zamanı həll edildi desək, yanılmarıq. Ona görə ki, fürsətdən maksimum istifadə edən Boqomolski komandasını hesabda önə keçirdi və qonaqların bütün oyun planı pozuldu. Maraqlıdı ki, 1-ci hissə “Neftçi”nin, 2-ci yarı isə “Kəpəz”in üstünlüyü şəraitində keçdi. Qayda pozuntuları da çox idi. Cəlilov “ağ-qaralar”ın 2, “sarı-göylər”in 3 futbolçusunu “sarı”yla cəzalandırdı. Burda hansısa haqsızlıqdan söhbət getmir. Hər halda, oyunçular kobudluq üzündən cəzanı haqq etdi. Yəqin ki, baş məşqçilər də Cavid bəyin qüsursuz görünən idarəçiliyi haqda fikirlərimizlə razıdı. Yoxsa mətbuat konfransında etirazlarını gizlətməzdilər.
Zirə – Turan Tovuz, RAUF CABBAROV
Rəşad Sadıqovun ənənəvi emosionallığı fonunda bəzi epizodlar maraqlı alındı. Soyuq hava şəraitində keçən matçın tempini həm də oyunçular bir neçə dəfə yıxılmaqla aşağı salmağa çalışırdılar. Maraqlıdı ki, həm “qartallar”ın, həm də də “bozqurd”un futbolçuları Rauf Cabbarovun verdiyi qərarlara dəfələrlə etiraz etdi. Yəni qayda pozan da, ona qarşı qayda pozuilduğunu iddia edən də hakimin “yaxasından yapışırdı”. Ümumilikdə gərginliyin, qayda pozuntularının və etirazların çox olduğu matçda Rauf bəy heç kimə vərəqə göstərməməklə hər kəsi təəccübləndirdi. Təkcə 72-ci dəqiqədə Aydın Bayramovla Aleks Souzanın duelində tovuzluların tələbi ilə Cabbarov VAR-ın köməyinə ehtiyac duydu. Lakin hansısa qayda pozuntusu qeydə almadı. Nəticə etibarı ilə Rauf bəyin idarəçiliyindən heç kimi narazı qalmadı.
Şamaxı - Səbail, ƏLİYAR AĞAYEV
“Şamaxı”nın ilk təhlükəli vəziyyəti 6-cı dəqiqəyə təsadüf etdi. Rafael Məhərrəmlinin qapı qarşısına ötürməsini Qorka Laruçça uzaqlaşdıra bilmədi. Topa yaxınlaşan Conatan Benteke ötürmə vermək istəsə də, yerdə qaldı. FİFA referisi “nöqtə”ni göstərən zaman Benteke dərhal ayaqlanıb topa sahib çıxdı. Əliyar bəy VAR monitorundan epizodu izləyəndən sonra penalti qərarını ləğv etdi. Qazonun durumu da oyunun keyfiyyətinə təsir göstərdi. Ümumilikdə Əliyar Ağayev oyunu qənaətbəxş idarə etdi.
Qarabağ - Sumqayıt, TURAL QURBANOV
O qədər də sərt keçməyən oyunu idarə etmək Tural Qurbanov və onun köməkçiləri üçün elə də çətin olmadı. Tural bəyin qərarları və mövqe seçimi doğru idi. Komandaların açıq oynamasına şərait yaradan referi sondakı qarışıqlıq zamanı əsəbləri üç sarı vərəqə göstərməklə sakitləşdirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Dekabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri