Icma.az
close
up
RU
Nə getməyə yer var, nə içməyə su: Onlar boğulur... ŞOK DETALLAR

Nə getməyə yer var, nə içməyə su: Onlar boğulur... ŞOK DETALLAR

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qəzza zolağında humanitar böhranın miqyası günü-gündən artmaqdadır. İsrailin Qəzza zolağına hücumları nəticəsində son 24 saat ərzində ən azı 46 nəfər ölüb, 160-dan çox insan yaralanıb. Şənbə gecəsindən dünən səhər saatlarına qədər Xan Yunus şəhəri, Qəzza şəhərinin Zeytun məhəlləsi, Rəfah və Beyt Lahiya hava zərbələrinə məruz qalıb. Təxminən bir aya yaxındır ki, humanitar yardım ala bilməyən fələstinli mülki əhali davamlı bombardmanlar və məcburi təxliyə əmrləri altında sağ qalmaq üçün mübarizə aparır.

Turkustan.az xəbər verir ki, Qətərdə fəaliyyət göstərən “Əl-Cəzirə” telekanalının Qəzza zolağındakı müxbiri Hind Khoudarinin sözlərinə görə, bölgədəki fəlakət getdikcə daha da boğucu olur.

"İsrailin martın 2-dən humanitar yardımların ölkəyə girişinə qadağa qoyduğu bölgədə, demək olar ki, ərzaq, yanacaq, dərman və çadır yoxdur. Qəzzanı su ilə təmin edən İsrail şirkəti Merkoto zolağa gələn suyun 70 faizini kəsib. Qəzzalılar bir neçə litr təmiz su əldə etmək üçün bütün günü növbə gözləyirlər. Eyni şey yemək üçün də keçərlidir. Yardım təşkilatları tərəfindən ərzaq paylanması zamanı az qala izdiham yaşanır. Yardım təşkilatları xəbərdarlıq edir ki, məhsul ehtiyatları tükəndiyi üçün mətbəxlər qısa müddətdə fəaliyyətini dayandıracaq" - jurnalist qeyd edib.

Həkimlərin sözlərinə görə, xəstəxanalar dolub, insanları müalicə etmək çox çətindir, çünki əsas ehtiyaclar və tibbi ləvazimatlar çatışmır.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) yazılı şərhində bildirilib ki, İsrail ordusunun evakuasiya əmri və ya bombardmanı səbəbindən 18 martdan bəri Qəzzada müalicə mərkəzlərinin yüzdə 15-i bağlanıb və İsrailin tətbiq etdiyi blokadaya görə 350 uşağın həyatı ciddi risk altındadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris də Qəzzada hamilə və körpəsinə süd verən qadınların 90 faizinin düzgün qidalanmadığını açıqlayıb. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Aprel 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri