“Bakıda çox şey mənim üçün uğurlu alınır” Entoni Qordon
Icma.az, Qol.az saytına istinadən bildirir.
“Barselona”nın futbolçusu Entoni Qordon UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Sabah”la keçirilən oyundan (4:1) sonra açıqlama verib.
QOL.az xəbər verir ki, ingiltərəli hücumçu UEFA-nın mətbuat xidmətinə açıqlamasında deyib:
“Burada çox şey mənim üçün uğurlu alınır. Bu gün əla oyun keçirdik. İki qol vurdum və buna çox şadam. Amma komanda hər şeydən vacibdir. Düşünürəm ki, çox yaxşı oynayırıq. Daha əvvəl də dediyim kimi, belə uzaq səfərlər asan olmur.
Azərbaycan gözəl ölkədir və yenidən burada olduğuma çox şadam. Ümumilikdə yaxşı oyun nümayiş etdirdik, hər şey əla keçdi”.
Qeyd edək ki, “Sabah”la qarşılaşmada iki qol vuran Entoni Qordon UEFA tərəfindən matçın ən yaxşı futbolçusu seçilib.
Xatırladaq ki, Entoni Qordon bu ilin fevralında “Nyukasl”da oynayanda da Bakıda qollar vurmuşdu. O, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı matçda (6:1) komandasının 4 qolunun müəllifi olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 26 Noyabr 2026 08:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















