KXDR in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Koreya Xalq Demokratik Respublikası (KXDR) onun nüvə dövləti statusuna qarşı istənilən cəhdi müharibə elanı kimi qəbul edəcək.
AZXEBER.COM-un Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya lideri Kim Çen In bildirib.
O, yaxın vaxtlarda istifadəyə verilmiş nüvə materialları istehsalı zavodunda istehsal prosesi və mövcud vəziyyətlə tanış olub.
Kim Çen In vurğulayıb ki, KXDR-in ölkə Konstitusiyasında təsbit edilmiş nüvə dövləti statusu mütləq toxunulmazdır.
"Kim ölkəmizin Konstitusiyasında təsbit edilmiş statusunu inkar etməyə və ya ona etiraz etməyə cəsarət edərsə, bunu suverenliyə qarşı ən ağır qəsd, daxili işlərə müdaxilə və açıq müharibə elanı kimi qiymətləndirəcəyik", – deyə KCNA onun sözlərini sitat gətirib.
Şimali Koreya lideri əlavə edib ki, ölkənin nüvə potensialının gücləndirilməsi qanuni və ədalətlidir, həmçinin suveren dövlətin özünü müdafiə hüququna tam uyğundur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 26 Noyabr 2026 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















