Nə işıqlandırma var, nə də nişanlar: Sürücülər bu yolda qəzaya düşür VİDEO FOTO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Bakıda sürücülərdən biri düşdüyü təhlükəli vəziyyətin videosunu sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, görüntünün "Sea Breeze" yolunda qeydə alındığı bildirilir. Belə ki, yolun sol hərəkət hissəsində təmir getdiyi üçün sağ hərəkət hissəsini müvəqqəti olaraq ikitərəfli ediblər. Lakin yolda işıqlandırma və işıqqaytarıcı elementləri olan yol nişanları olmadığı üçün sürücülər təhlükə ilə üz-üzə qalırlar. Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, sürücü beton səddi son anda görərək sağa manevr edir. Xoşbəxtlikdən sağ zolaq boş olduğu üçün sürücü hadisədən qəzasız yayına bilib.
Videonu izləyən sürücülərdən biri həmin yerdə qəzaya düşdüyünü bildirib.
Sözügedən videonu təqdim edirik.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 01 Sentyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















