Icma.az
close
up
RU
“Nə qədər insan itirdik mənim taqımım demək olar ki, yox oldu...”

“Nə qədər insan itirdik mənim taqımım demək olar ki, yox oldu...”

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rus ordusu cəbhədə niyə böyük itkilər verir?

...2022-ci ildə Donetsk Hərbi Məktəbini bitirən hər dördüncü kursant Rusiyanın Ukraynaya qarşı müharibəsində həlak olub. Onların yarıdan çoxu genişmiqyaslı işğalın birinci ilində Luqansk və Donetsk vilayətlərinə hücumlar zamanı öldürülüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, adı açıqlanmayan hərbi məktəb əməkdaşının sözlərinə görə, sağ qalanların hamısı yaralanıb və beyin sarsıntıları alıblar. NATO-nun hesablamalarına görə, Rusiya ordusunun genişmiqyaslı müharibə zamanı itkiləri 700 min nəfər ölüb və yaralanıb. Alyansın hesablamalarına görə, Rusiya ordusu hər gün 1500 adam itirir.

... Rusiyanın teleqram kanallarından biri Ukraynanın işğal olunmuş ərazisində rus əsgərinin çəkdiyi videonu yayıb. Onun yanındakı kadrda həmkarı var. Hər ikisi mərmilərin partlaması zamanı yaralansalar da, amma sağ qalıblar.

İndi isə onlar öz mövqelərinə piyada qayıdırlar, vəziyyəti bildirmək və hərbi həkimlərdən kömək almaq üçün...

...Nə qədər insan itirdik - mənim taqımım demək olar ki, yox oldu, lənətə gəlsin...

Bunu həmin iki hərbçidən biri deyir.

...Başqa bir videoda isə rusiyalı hərbçi döyüşə getməyə hazır olduğunu bildirir.

O deyir ki, hücuma getmək üçün onun bölməsinin mülki pikapı (yüngül yük maşını-A.B.) tamamilə xüsusi rezinlə örtülür.

Amma məsələ bundadır ki, Rusiya ordusunun maşınlarının damlarında quraşdırılmış “mangal”, yəni dron əleyhinə şəbəkələr bəzən heç kömək etmir.

Bir çox hərbi ekspert qeyd edir: Rusiya ordusunun cəbhənin müxtəlif sahələrində hücumu müqaviləli əsgərlər tərəfindən dəstəklənməyə davam edir. Hücumlara məhz Müdafiə Nazirliyi ilə müqavilə bağlayanlar göndərilir.

O cümlədən, "ət" deyilənlər.

...Müqaviləli hərbçi üçün əsas motivasiya puldur, buna görə də bunlar bəzən həm sağlamlıq, həm də asılılıq problemi olan insanlardır.

Qeyd edək ki, bunu "Silahla vida" layihəsinin analitiki Aleksey Alşanski deyir.

...Və əgər əvvəllər “Storm-Z” var idisə və altı ay döyüşdükdən sonra əfvlə evə göndərildilərsə, indi “Storm-V” qondarma qələbəyə qədər döyüşür, amma heç kim qələbənin nə olduğunu deyə bilmir..

Yeri gəlmişkən, sosial şəbəkələrdə Rusiya müqaviləli əsgərlərinin yaralılar və müalicə olunmayanlar da daxil olmaqla, ayrı-seçkilik olmadan hücumlara göndərildiyinə dair getdikcə daha çox sübut var. Bu barədə onların arvadları Rusiya hakimiyyətinə ünvanlanan videomüraciətlərdə danışırlar.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Dekabr 2024 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri