Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

“Nə qızıl, nə platin, nə də neft...” Əsas bu ikihərfli söz

“Nə qızıl, nə platin, nə də neft...” Əsas bu ikihərfli söz

Icma.az bildirir, Milli.az portalına istinadən.

Artıq yer üzündə bu ikihərfli sözdən əzəmətli heçnə yoxdur: Su!

Nağıllarda, dini rəvayətlərdə sudan qorunmaq üçün nəhəng gəmilər tikilirdisə, bu gün nəhəng anbarlar yaradıb suyu qorumağa məcburuq.

Bəli, alimlərin illər əvvəl verdiyi qorxunc proqnozlarla üz-üzəyik: XXI əsrin ən böyük problemi sudur. Şirin su təkcə böyük şəhərlərin deyil, ovuc içi boyda kəndlərin də bəlasına çevrilir.

Bu quraqlıq, susuzluq bəlasına bu gün, demək olar, bütün dünya mübtəla olmaqdadır.

Artıq su anlayışı iqlim, ekoloji problem kontekstindən çıxaraq geosiyasi çağırışa çevrilib. Bu gün su, daha-doğrusu susuzluq dövlətlərarası, qitələrarası müzakirə predmetidir. Su ehtiyatı olan regionlar bir zamanlar qızıl, almaz ehtiyatları ilə zəngin torpaqlar qədər əhəmiyyət qazanıb. Çünki bu gün dünyada 2,2 milyard insan təhlükəsiz içməli suya çıxış əldə edə bilmir, ən dəhşətlisi isə budur ki, dünya əhalisinin yarıdan çoxu, yəni 4 milyard insan ildə ən azı 1 ay ağır su stresi yaşayır. İnsan artımı, iqlim dəyişikliyi, sənayenin inkişaf gedişatı artıq bu proqnozu fakta çevirməkdədir: 2050-ci ilə qədər daha 1 milyard insan ekstremal su qıtlığı yaşayacaq.

Bir zamanlar filmlərə mövzu olan, çoxlarına fantastik görünən su müharibələri artıq reallığa çevrilir. Bəşəriyyət dəhşətli bir dramla üz-üzə qalmaqdadır. Su resurslarının çatışmazlığı ucbatından ölkələr arasında gərginliklər artıq göz önündədir. Ötən il Hindistanın Pakistanla su müqaviləsini dayandırması yeni müharibəyə səbəb oldu. Dünya artıq su müharibələrini yaşamaqdadır. Nil çayı hövzəsindəki ölkələr arasındakı gərginlikləri də bura əlavə etsək, problemin miqyası ağır bir startı işarə verir.

Azərbaycan dünyanın ən bol resurslu regionlarından birində - Qafqazda yerləşsə də, Qafqaz da artıq susuzluq problemləri ilə üz-üzə qalmaqdadır. Nəzərə almalıyıq ki, Azərbaycan Cənubi Qafqazın ən az su resurslarına malik ölkəsidir. Cənub qonşumuz olan İran artıq dəfələrlə susuzluq barədə həyəcan siqnalı səsləndirib. Bu da o deməkdir ki, susuzluq problemi bütün qüvvəsi ilə güneyimizdədir.

Azərbaycanın qarşısındakı susuzluq probleminə diqqət etdikdə ilk pozitiv mənzərə dövlətin zamanında bu problemə xüsusi diqqət ayırması, susuzluğun qarşısının alınması üçün davamlı strateji addımlar atmasıdır.

Prezident İlham Əliyevin onillər əvvəldən su problem mövzusundakı çıxışlarına nəzər saldıqda görünür ki, ölkəmizdə su və meliorasiya problemlərinin həlli, əhalinin içməli su ilə etibarlı təminatı dövlətin müəyyən etdiyi əsas prioritet istiqamətlərdəndir.

20 il əvvəl 2005-ci ilin sentyabrında Prezident İlham Əliyev su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı Prezident sarayında keçirdiyi müşavirədə su təchizatını qarşıdakı illərdə xüsusi diqqət tələb edən əsas problemlər siyahısına salmışdı.

20 ildən artıq davam edən silsilə dövlət diqqəti sayəsində Azərbaycan bəşəriyyətin bir nömrəli probleminə - susuzluq probleminə qarşı uğurlu layihələrlə sədd çəkməyi bacarır.

Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədə su problemi ilə bağlı həyata keçirilən layihələrdən söz açılarkən 20 illik bir konsepsiya göz önünə gəlir.

Son 20 ildə ölkədə 500 milyon kubmetrdən artıq tutuma malik dörd böyük su anbarı inşa edilib. "Taxtakörpü" və "Şəmkirçay" su anbarları Bakının, Abşeron yarımadasının və qərb bölgələrinin su təminatında həlledici rol oynayıb. Samur-Abşeron kanalı və Oğuz-Qəbələ-Bakı su kəməri yenidən qurularaq Bakının dayanıqlı su təminatının əsas dayaqlarına çevrilib. "Ceyranbatan" su anbarı və sutəmizləyici kompleksi tam modernləşdirilib.

Qlobal iqlim dəyişikliyi, yağıntıların azalması və suya tələbatın artması fonunda su çatışmazlığı riski güclənib. Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 75%-i ölkə xaricində formalaşır ki, bu da məsələni strateji və həssas edir. Bu səbəbdən su ehtiyatlarının sistemli idarə edilməsi, itkilərin azaldılması, rəqəmsal nəzarətin gücləndirilməsi əsas hədəf kimi müəyyən edilib.

Azərbaycan Cənubi Qafqazın ən az təbii şirin su ehtiyatına malik ölkəsi olması ilə yanaşı 30 ilə yaxın mövcud su mənbələrinin təxminən ¼-i işğal altında olub. Bir qərinəyə yaxın zaman kəsiyində Azərbaycan təkcə su ehtiyatlarının 25%-dən məhrum edilməyib, həm də Ermənistanın su terroruna məruz qalıb, su anbarları dağıdılıb, çay sularının kortəbii istismarı nəticəsində təbii axınlar quruyub, çayların flora və faunası məhv olub.

İşğala son qoyulandan sonra isə azad olunan ərazilərdə təkcə iqtisadi, sosial, mədəni infrasturuktur deyil, eyni zamanda təbii resursların bərpası istiqamətində də aktiv layihələr həyata keçirilib.

Qarabağ və Şərqi Zəngəzurda su ehtiyatları üzərində nəzarət bərpa olunduqdan sonra "Sərsəng", "Suqovuşan", "Xaçınçay", "Köndələnçay", "Zabuxçay" su anbarları yenidən qurulub, "Həkəriçay" və "Bərgüşadçay" su anbarlarının tikintisi planlaşdırılıb. Bu ərazilərdə formalaşan su ehtiyatları ölkənin ümumi su təhlükəsizliyində mühüm paya malikdir.

Bakıda və Abşeron yarımadasında mövcud su və kanalizasiya infrastrukturu əsasən 1980-ci illərdə formalaşdığından artan əhali və yaşayış məntəqələrinin fasiləsiz su təminatı, kanalizasiya əhatəliliyi, yağış sularının idarə edilməsində problemlər yaradırdı. 12 yanvar 2026-cı ildə keçirilən müşavirədə diqqətə çatdırılan önəmli məqamlardan biri də Bakının kanalizasiya və yağış sularının idarə olunması problemi idi ki, bu məqam da 2026-2035-ci illəri əhatə edəcək müfəssəl dövlət proqramında həllini tapacaq.

Bakı kimi şəhərlər üçün ən vacib problemlərdən olan fasiləsiz içməli su ilə təminatın 70%-dən 95%-ə çatdırıacağı proqnozu müşavirədə müzakirə edilən dövlət proqramının fundamental dayaqlar üzərində hazırlandığından xəbər verir.

Dünyanın bir sıra ölkələrinin artıq gecikdiyi bu böyük problem Azərbaycanda daim ən ali müstəvidə narahatlıq doğurub və bu səbəbdəndir ki, geosiyasi sima qazanmış su probleminə qarşı Azərbaycan dövləti dolğun və əhatələnmiş proqramla çıxır.

Sistemli həllin nəzərdə tutulduğu dövlət proqramının əhatəsi çərçivəsində kanalizasiya xidməti dairəsini mövcud 50%-dən 95%-ə çatdırılması, su təsərrüfatında itkilərin 40-45% səviyyəsindən təxminən 20%-ə endirilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində su ehtiyatlarının artırılması və dayanıqlı idarə olunması üçün ölkə üzrə təxminən 30 yeni su anbarının inşası həyata keçiriləcək. Bununla yanaşı, Bakı şəhərinin 30 küçəsində yeni yağış suyu kollektorları yaradılacaq ki, bununla da intensiv yağıntılar zamanı küçə və yolların su altına qalması və daşqın risklərinin minimuma endirilməsi təmin ediləcək, texniki su bazası yaradılacaq.

Son olaraq, daha bir önəmli məqama diqqət edək: bir zamanlar paradoksal deyimlərdə yer alan "dəniz suyunu içmək" ifadəsi də məhz sözügedən dövlət proqramı çərçivəsində reallığa çevrilir. Abşeron yarımadasında ölkə tarixində ilk dəfə olaraq dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisi planlaşdırılır.

Azərbaycan dövləti susuzluq probleminə qarşı zamanında strateji addımlar atır, vətəndaşlar da artıq XXI əsrin dünyasında yaşadığından suya münasibətini israf-qənaət tərəzisində bir daha nəzərdən keçirməlidir. Unutmamalıyıq ki, artıq bəşəriyyətin ən faydalı neməti nə qızıl, nə platin, nə də neftdir. XXI əsrin ən qorunmalı resursu sudur.

Sərdar Amin
Trend İnformasiya Agentliyinin azərbaycandilli xəbərlər xidmətinin rəhbəri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Yanvar 2026 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri