Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Nə Rusiya, nə də Ukrayna güzəştə getmək istəyir PROQNOZ

Nə Rusiya, nə də Ukrayna güzəştə getmək istəyir PROQNOZ

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ və Rusiya arasında danışıqlar mümkün olmayacaq


“Tramp isə Rusiyanın ya şərtlərini qəbul etməlidir, ya da Ukraynaya olan hərbi dəstəyini daha da artıracaq. Bu məsələdə ABŞ və Avropa ölkələrinin mövqeyi üst-üstə düşəcək”


"Moskva Kiyev ilə heç bir ilkin şərt olmadan birbaşa danışıqlara hazırdır". Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, Prezident Putin Ukrayna ilə ilkin şərtlərsiz birbaşa danışıqlara hazır olduğunu təsdiqləyib: "Bu mövqe hələ də qüvvədədir". Kreml nümayəndəsi əlavə edib ki, hazırkı mərhələdə Ukrayna tərəfindən bu təklifə dair heç bir cavab və ya rəsmi mövqe səsləndirilməyib: "Təəssüf ki, biz hələ Kiyevdən heç bir açıqlama və ya münasibət eşitməmişik. Ona görə də Ukraynanın bu danışıqlara hazır olub-olmadığını bilmirik".


"Rusiya öz məqsədlərinə sülh yolu ilə də çata bilər"

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada bütün hədəflərə çatmağı prioritet hesab edir, lakin bu, sülh yolu ilə də mümkündür: "V.Putin Ukraynada məqsədlərə çatmağı əsas hədəf olaraq müəyyən edib və Rusiya öz milli maraqlarını təmin etməlidir. Proses davam edir. Prezident Ukraynada hərbi əməliyyatlar başladan zaman müəyyən etdiyi məqsədlərə çatmaq istəyir. Biz öz milli maraqlarımızı təmin etməliyik. Bu məqsədlərə sülh yolu ilə çatmaq daha üstün olarmı? Bəli". 


"ABŞ ilə yox, Ukrayna ilə razılaşma əldə olunmalıdır"

Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynada sülh prosesində göstərdiyi səylərin nəticə verəcəyini gözləyir. Kremlin sözçüsü Rusiyanın Ukraynada sülh yolu ilə nizamlanmaya nail olmaq üçün göstərdiyi səylərə görə ABŞ-yə minnətdar olduğunu söyləyib. Peskov bildirib ki, ABŞ ilə deyil, Ukrayna ilə razılaşma əldə olunmalıdır. Peskov əlavə olaraq edib ki, Rusiya Federasiyası xüsusi əməliyyatın əvvəlində qarşıya qoyulan məqsədlərə nail olmalıdır: "Rusiya üçün hələ də xüsusi əməliyyatın məqsədlərinə sülh yolu ilə nail olmaq üstünlük təşkil edir. Putin sülh yolu ilə nizamlanmaya açıq olaraq qalır. Putin atəşkəsin tətbiqini dəstəkləyir, lakin əvvəlcə bir sıra nüansları həll etmək lazımdır".


Tramp: "Putin mənə görə bütün Ukraynanı tutmayacaq"

ABŞ Prezidenti Donald Tramp deyib ki, Rusiyanın davam edən hücumlarına baxmayaraq, Vladimir Putinin Ukraynada müharibəni dayandırmaq istədiyinə inanır: “Onun arzusu bütün ölkəni ələ keçirmək idi. Düşünürəm ki, mənim sayəmdə o, bunu etməyəcək". Tramp Rusiya prezidentinə etibar edib-etməməsi ilə bağlı birbaşa suala cavab verməkdən yayınıb: “Çox adama güvənmirəm, amma hesab edirəm ki, o, mənə hörmət edir və inanıram ki, mənə görə bütün Ukraynanı ələ keçirməyəcək, amma onun qərarı, seçimi bütün Ukraynanı ələ keçirmək olardı”.


"Rusiya yüz minlərlə əsgər itirib, metrlərlə irəliləyir..."

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib ki, Londonda aparılan danışıqlar zamanı Ukrayna və ABŞ müharibənin mümkün dayandırılması üçün 22 konkret şərtdən ibarət siyahı hazırlayıb: “Ukraynalılar hər şeyi bəyənmirdi, amma bu, normaldır. Danışıqlarda əldə olunan son mövqe heç kimin xoşuna gəlmir”. O, Kremlin müharibədə qələbəsindən danışan Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatlarını da şərh edib: “Belə ritorika reallığa uyğun gəlmir. Rusiya bu müharibədə qalib gəlməyəcək. Bu ölkə son il yarım ərzində heç bir uğur əldə etməyib. Onlar yüz minlərlə əsgər itirib, kilometrlərlə yox, metrlərlə irəliləyir. Ukraynalılar isə öz torpaqlarında şiddətlə döyüşürlər. Rusiya qalib gəldiyini deyir, bu, belə deyil”. Trampın xüsusi nümayəndəsi vurğulayıb ki, Rusiya dəyişən şərtləri qəbul etməlidir: “Ukrayna yaxşı vəziyyətdədir və avropalı tərəfdaşlar ABŞ-nin iştirakı olmadan, xüsusən də Böyük Britaniya və Fransanın rəhbərliyi altında dəstək qüvvələrini gücləndirir, formalaşdırır. Onlar indi lazım gələrsə, Ukraynaya dəstəyi artırmağa hazırdır”.


"Yəqin Kreml başa düşür ki, Trampla zarafat olmaz" - Stubb

Finlandiya Prezidenti Aleksandr Stubb deyib ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna danışıqlarında Rusiya ilə bağlı səbri tükənir: “Biz artıq Trampdan Vladimir Putinə və Rusiyaya qarşı kifayət qədər sərt bəyanatlar görmüşük. Yəqin Kreml başa düşür ki, Trampla zarafat etməyə dəyməz”. Onun sözlərinə görə, Putinə təzyiqi artırılmalıdır, çünki onun başa düşdüyü dil yalnız gücdür.


Putindən Trampa zərbə: Dörd regionu tələb edir!

“Blumberq” məlumat yayıb ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin təzyiqlərinə baxmayaraq, istənilən sülh sazişi çərçivəsində Ukrayna ərazisini tələb etməyə davam edir. Bildirilib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff aprelin 25-də Kremldə uzun sürən danışıqlar zamanı Putini hazırkı cəbhə xətti boyunca hərbi əməliyyatların dayandırılmasına razı salmağa çalışıb. Bununla belə, Putin əvvəllər bəyan etdiyi mövqeyinə sadiq qalır və müharibənin dayandırılması ilə bağlı hər hansı razılaşmanın bir hissəsi kimi Ukraynanın hələ tam işğal etmədiyi dörd bölgəsinə tam nəzarəti əldə etmək istəyir. Nəşr əlavə edir ki, bu tələb ABŞ Prezidenti Donald Trampın atəşkəsə nail olmaq və müharibənin sonlandırılması səylərinə zərbə olub. Vurğulanıb ki, danışıqlar hələlik dalana dirənib və sonrakı irəliləyiş yalnız Putin və Trampın birbaşa iştirakı ilə mümkündür. 


"Nəticə yoxdursa, danışıqlar uzun müddət davam edə bilməz"


Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiya yenidən Ukraynaya olan hücumlarını artırıb. Ekspert vurğulayıb ki, Trampın 30 günlük atəşkəs təklifi də rəsmi Moskva tərəfindən qəbul edilmədi:

"Parisdə də ABŞ-nin də iştirakı ilə Avropa dövlətlərinin Rusiya ilə bağlı iclası oldu. Artıq ABŞ də Rusiyanın danışıqlar masasına oturmaqda maraqlı olmadığının fərqindədir. Hətta Donald Tramp danışıqlar prosesindən çıxacağını da vurğulamışdı. Əgər nəticə yoxdursa, danışıqlar prosesi uzun müddət davam edə bilməz. Bununla bağlı ABŞ-nin dövlət katibi də öz mövqeyini açıqladı. Düşünürəm ki, ABŞ və Rusiya arasında danışıqlar mümkün olmayacaq. Çünki tərəflərdən biri tam güzəştə getməlidir. O cümlədən ABŞ Ukrayana yardımlarını artıracaq. Rusiyanın irəliləyişi mümkün deyil. Ukrayna Belqorodda irəliləyir, Kurskda əməliyyatları davam etdirir. Donald Tramp isə Rusiyanının ya şərtlərini qəbul etməlidir, ya da Ukraynaya olan hərbi dəstəyini daha da artıracaqdır. Düşünürəm ki, bu məsələdə ABŞ və Avropa ölkələrinin mövqeyi üst-üstə düşəcək. Bir sözlə, ABŞ-Rusiya danışıqları yaxın perspektivdə mümkün olmayacaq, çünki tərəflərdən heç biri ciddi güzəştə getmək istəmir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 May 2025 07:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri