Icma.az
close
up
RU
Nə şiş yansın, nə kabab ... İran həm ABŞ dan sığortalanmaq, həm də nüvə dövlətinə çevrilmək istəyir

Nə şiş yansın, nə kabab ... İran həm ABŞ dan sığortalanmaq, həm də nüvə dövlətinə çevrilmək istəyir

Icma.az bildirir, Bizimyol portalına istinadən.

İran, Rusiya və Çin nümayəndələri iyulun 22-də Tehranda İranın nüvə proqramı ilə bağlı danışıqlar keçiriblər. Agentliyin məlumatına görə, tərəflər İran ətrafında yaranmış nüvə böhranının həlli üçün fəaliyyətlərini əlaqələndirmək və məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.İran nüvə proqramı ilə bağlı razılığa gələcəkmi?

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran Rusiya və Çinlə birlikdə keçirdiyi görüş Tehranda İran adlanan ölkənin Xarici İşlər Nazirliyinin binasında keçirildi. Sadiq İsabəylinin fikrincə, bu görüşün İran tərəfindən hazırlanmış bir görüş olduğu istisna edilmir: “Bu, sadəcə bir mesaj xarakterli bir oturumdur və mesaj da bundan ibarətdir ki, İran adlanan ölkənin rəhbəri demək istəyir ki, İranın alternativ ittifaqı var və istənilən təzyiqlər qarşısında duruş gətirə bilər və heç də tək deyil. Bu da onu göstərir ki, Tehran rejimi çalışır ki, yenə də zaman qazansın və nüvə proqramı ilə bağlı öz fəaliyyətlərini dərinləşdirsin.

Qərb mediası bu gün bu məsələni gündəmə gətirib ki, İranın uranın zənginləşdirilməsi məsələsi sırf Nətənzdə və ya Fordoda olan məsələlər deyil. İran əslində kiçik miqyaslı laboratoriyaların və yeni çoxsaylı kiçik miqyaslı mərkəzlərin hazırlanması, uranın zənginləşdirilməsi işini əsasən oralarda aparır. Fordo və İsfahan görüntü xarakterlidir. Güya beynəlxalq qurumlarla koordinasiya olunmuş və onların nəzarətində aparılan bir fəaliyyət imiş kimi göstərmək üçün əsasən o layihələri formalaşdırıblar. Əslində onlar deyirlər ki, "bu da bir örtükdür və biz öz nüvə proqramlarımızın gerçəkləşdirilməsi istiqamətində uranın zənginləşdirilməsini artıq ayrı-ayrı mərkəzlərdə həyata keçiririk, bundan Qərb dövlətlərinin xəbəri yoxdur". Əgər belə bir məsələ gerçəkdirsə, bu da o anlama gəlir ki, İran bütün böhranlara baxmayaraq,

nüvə proqramını yalnız enerji və özünümüdafiə üçün istəmir. Rejim özünə regional status və güc formalaşdırmağa çalışır. Bu da Qərb dövlətləri ilə tam razılığa getməsini mmkünsüz edir.

Sadiq İsabəyli

Sadiq İsabəylinin fikrincə, İran bu gün Qərblə elə istiqamətdə danışmaq istəyir ki, hər iki tərəf bu məsələdən qazanmış olsun. Siyasi şərhçinin fikrincə, bütün təzyiqlərə baxmayaraq İran uranın zənginləşdirilməsindən vaz keçməyəcək və bu da Qərb dövlətlərinə ciddi bir çağırışdır ki, İranın siyasi hakimiyyəti bölgədə

nüvə enerjisi adı altında nüvə dövlətinə çevrilir: “İranda bunun üçün bədəllərin ödənməsinə hazır olduqlarını bildirirlər. Amma bunu edə biləcəklər, edə bilməyəcəklər. Təbii ki, bu özü ciddi nüansdır. Bu səbəbdən də Qərblə tam razılığa gəlmək mümkünsüz görünür. Çünki Qərb dövlətləri artıq İranın nüvə fəaliyyətlərinin tamamilə durdurulmasını tələb edir. Ümumiyyətlə, bu fəaliyyətlərin hər hansı bir şəkildə aparılmasına qarşıdır.

Donald Tramp bu yaxın günlərdə dedi ki, “lazım gələrsə, biz yenə də İranın nüvə mərkəzlərini bombalayarıq və tamamilə məhv edərik”. Bu da o deməkdir ki, İran bu fəaliyyəti göstərə bilməz. Amma rejim çalışır ki, özünə bir nüvə dövləti statusu qazansın və bu prosesdə bilir ki, tam razılıq olmayacaq. Amma həm də düşünür ki, "necə edək ki, qarşıdurma da yaranmasın".

İranın xarici işlər naziri Abbas Əraqçı deyir ki, “Qərblə danışıqlar, xüsusilə Amerika ilə danışıqlar o zaman başlaya bilər ki, onlar İrana qarşı yenidən savaş variantına keçməyəcəklərinə söz verməlidirlər və İrana 12 günlük savaşda vurulan xəsarətləri ödəyəcəklər”. Rejim çalışır ki, hər hansı bir ciddi qarşıdurma ehtimallarını sıfırlasın. Eyni zamanda bilir ki, tam razılıq da mümkün deyil. İstənilir ki, təslim olsun. Onlar isə buna getməyəcəklərini bildirirlər”.

Sadiq İsabəyli hesab edir ki, rejimin işi çətindir və ölkə daxilində çox ciddi böhranlarla üz-üzədir: “Həm iqtisadi, həm ideoloji, həm də siyasi cəhətdən böhrandadır. Bu da o deməkdir ki, rejim öz dayaqlarını və legitimliyini itirib”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 İyul 2025 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see207

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see191

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see190

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see158

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see156

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see155

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see134

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see127

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see126

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see125

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri