Icma.az
close
up
RU
Nə piyada, nə də sürücü belə bir hərəkəti gözləmir EKSPERT TƏNQİD ETDİ

Nə piyada, nə də sürücü belə bir hərəkəti gözləmir EKSPERT TƏNQİD ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Son illərdə şəhər mərkəzlərində elektrikli skuterlərin sürətlə artması bir tərəfdən ekoloji cəhətdən qənaətcil və rahat nəqliyyat vasitəsi kimi qiymətləndirilsə də, digər tərəfdən artıq şəhər sakinlərinin və sürücülərin ciddi narahatlıq doğuran mövzularından birinə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.

Onun sözlərinə görə, xüsusilə piyadalar və avtomobil sürücüləri tez-tez şikayət edirlər ki, skuter istifadəçiləri xüsusi ayrılmış skuter və velosiped yolları olsa belə, həmin yolları deyil, piyada səkilərini və ya avtomobil yollarını seçirlər. Bu isə həm təhlükəsizlik, həm də intizam baxımından ciddi problemlərə səbəb olur: "Ekspertlərə görə bu problemin bir neçə əsas səbəbi var. İlk olaraq qeyd edilməlidir ki, bir çox hallarda ayrılmış skuter və velosiped yolları ya qısa məsafəni əhatə edir, ya da bir marşrutu tam şəkildə bağlamır. Yəni bir skuter istifadəçisi bir neçə dəqiqə bu yolda hərəkət edə bilər, lakin sonra o yol qəfil kəsilir və istifadəçi məcburən səkidən və ya avtomobil yolundan istifadə etməyə məcbur qalır. Bu da şəhər planlamasında ciddi boşluqların olduğunu göstərir. Həmçinin bəzi skuter yolları fiziki cəhətdən yararsız vəziyyətdədir: yol örtüyü bərbad vəziyyətdədir, çuxurlar var, səth bərabər deyil və ya parklanmış avtomobillər həmin zolağı zəbt edib. Bu kimi hallar da istifadəçiləri alternativ və qeyri-qanuni yollarla hərəkət etməyə vadar edir.

İkinci bir məsələ sürücülük mədəniyyəti və qaydalara riayət etmə səviyyəsidir. Təəssüf ki, bir çox skuter istifadəçisi yol hərəkəti qaydaları haqqında minimal məlumatla hərəkət edir. Bu insanlar əsasən gənclər və turistlər olur və onlar sürət, adrenalin və qısa yolları seçməklə həm özlərini, həm də ətrafdakıları riskə atırlar. Onlar skuter yollarının nə üçün ayrıldığını, orada necə davranmalı olduqlarını bilmirlər və səkidə, piyadaların sıx olduğu ərazilərdə sürətlə hərəkət etməklə böyük təhlükə yaradırlar. Bu cür hallarda qəza ehtimalı artır, çünki nə piyada, nə də sürücü belə bir hərəkəti gözləmir.

Üçüncü və çox vacib məsələ nəzarət və inzibati tədbirlərin zəifliyidir. Hazırda skuter istifadəçilərinin qaydalara əməl edib-etmədiyini nəzarətdə saxlayan xüsusi bir mexanizm və ya cəza sistemi demək olar ki, yoxdur. Nə yol polisi, nə də bələdiyyə qurumları bu nəqliyyat vasitələrinə kifayət qədər diqqət yetirir. Nəticədə skuter sürücüləri demək olar ki, tam nəzarətsiz şəkildə şəhərdə istədikləri kimi hərəkət edir, qayda pozuntularına görə məsuliyyət daşımırlar. Halbuki, şəhər içində hərəkət edən hər bir nəqliyyat vasitəsi – istər avtomobil, istər velosiped, istərsə də skuter – müəyyən qaydalara tabedir və ictimai təhlükəsizlik bu qaydalara əməl olunmasından keçir.

Vətəndaşlar hesab edirlər ki, bu problemin həlli üçün ilk növbədə skuter yollarının tam və fasiləsiz şəkildə layihələndirilməsi və fiziki olaraq istifadəyə yararlı vəziyyətə gətirilməsi vacibdir. Eyni zamanda maarifləndirmə işləri gücləndirilməli, skuter istifadəçilərinə yol hərəkəti qaydaları izah olunmalı və onların məsuliyyət daşıdığı xatırladılmalıdır. Bundan əlavə, hüquqi bazada müvafiq dəyişikliklər edilməli və bu nəqliyyat vasitələrinin istifadəsinə dair konkret tələblər müəyyən olunmalıdır. Yol polisi və bələdiyyə nəzarət mexanizmlərini gücləndirməli, qayda pozanlara qarşı xəbərdarlıq və cərimə tədbirləri tətbiq edilməlidir. Əks halda, skuter kimi rahat və müasir bir nəqliyyat vasitəsi şəhər mühitində təhlükəli bir bəlaya çevrilməkdə davam edəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 İyul 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri