Icma.az
close
up
RU
“Nə Suada Qarayevanı müdafiə etmək olmur, nə də ki, Məhsəti Gəncəvini” Emil Rasimoğlu

“Nə Suada Qarayevanı müdafiə etmək olmur, nə də ki, Məhsəti Gəncəvini” Emil Rasimoğlu

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın “Məhsəti” qısametrajlı filminin Bakı Film Festivalında nümayişinə qoyduğu qadağa geniş müzakirələrə səbəb olub.

Rəsmi açıqlamada bildirilib ki, filmdə Məhsəti Gəncəvinin obrazı təhrif olunur, etik-normativ çərçivələr pozulur və şairənin ideya-mənəvi irsi ilə ziddiyyət təşkil edən səhnələrə yer verilir.

Şura həm manipulyativ təqdimatları, həm də kontekstdənkənar mənalandırma cəhdlərini əsas gətirərək filmə lisenziya verilməsini məqsədəuyğun saymayıb.

Gununsesi.info mövzu ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Emil Rasimoğlu ilə həmsöhbət olub.

– Emil bəy “Məhsəti” filmi ətrafında gedən müzakirələr sizdə hansı təəssürat yaratdı?

– “Məhsəti” filmini soraqlayıb, tapdıqdan sonra dəqiqliklə izlədim. Bu məqamda əlavə edim ki, bu film ətrafında, xüsusən də Məhsəti obrazı üstündə gedən müzakirələrə də yaxşı bələdəm. Yeri gəlmişkən, onu da qeyd edim ki, o müzakirələrin əksəriyyəti məntiqi baxımdan yanlış, birtərəfli və emosional mahiyyətə söykənir. İndisə gələk mətləbə. Əgər, hər hansısa bir fərdin şəxs (şəxsiyyət) olaraq necəliyi barəsində (hansı mənəvi potensiala malik olması haqqında) əldə dəqiq, konkret məlumat, fakt yoxdursa o zaman o şəxs (şəxsiyyət) barəsində (insana xas) mümkün ola biləcək (bir daha təkrar edirəm, mümkün ola biləcək!) bütün (mənfi və müsbət) variantların, təsəvvürlərin hamısını məntiqi baxımdan ayrı-ayrılıqda variant, təsəvvür olaraq (birbaşa həqiqət olaraq yox ha, variant, təsəvvür olaraq!) qəbul etmək məcburiyyətindəsən.

Ona görə (mənfili, müsbətli) hamısını qəbul etmək məcburiyyətindəsən ki, həqiqət o bütün variantların, təsəvvürlərin içindədi. Amma o variantların, təsəvvürlərin dəqiqi, konkreti, həqiqiliyi ifadə edəni hansıdır bax, onu bilmirsən. Məhz elə bilmədiyin üçün də hamısını ayrı-ayrılıqda qəbul etmək və ya hamısı ilə ayrı-ayrılıqda razılaşmaq məcburiyyətindəsən… və razılaşmalısan da! Belə demək mümkündürsə, bu bir aksiomadır. Heç bir variant da, təsəvvür də müqəddəsləşdirilməməli və ya birbaşa həqiqət kimi təqdim edilməməlidir.

– Məhsəti Gəncəvinin şəxsiyyəti ilə bağlı mövcud yanaşmaların mahiyyəti barədə nə düşünürsünüz?

– Haqqında bəhs etdiyimiz Məhsəti Gəncəvi də o klassiklərdəndir ki, onun da şəxsinin, şəxsiyyətinin necəliyi barəsində əlimizdə dəqiq heç bir fakt, məlumat yoxdur. Bəs, biz bu zaman onun şəxsindən, şəxsiyyətindən söz açarkən hansı məntiqdən çıxış etməliyik? Axı ortada real həqiqət yoxdur. Bu yerdə emosionallığı bir kənara qoyub, az öncə vurğuladığım variantlar, təsəvvürlər prizmasını meydana gətirib, o təsəvvürlər, variantlar müstəvisində çıxış edib, bütün (mənfi və müsbət) variantları, təsəvvürləri mümkün hesab etməliyik. Həqiqət yox ha, sadəcə mümkün! Bu zaman müzakirə olunan, qarşı-qarşıya qoyulan həqiqət deyil, sadəcə təsəvvürlərdi.

Təsəvvürlər isə heç vaxt bir-birini köklü şəkildə inkar edə bilmir. Bu günə qədər ictimai sferada daim Məhsəti Gəncəvi haqqında müsbət fikir, təsəvvür formalaşıb, yürüdülüb. Burada bilirsinizmi yanlışlıq nədədir? Yanlışlıq məhz o müsbət təsəvvürün formalaşıb, yürüdülməsində deyil, birbaşa həqiqət kimi, həqiqət adı altında təqdim və təbliğ edilməsindədir. Eyni zamanda elə məlum filmin rejissoru Suada Qarayevanın da Məhsəti Gəncəvi haqqında ortaya qoyduğu mənəvi mahiyyət (nə qədər rezonans yaratsa da) sadəcə mümkün ola biləcək bir ayrı variantdır, təsəvvürdü, amma və lakin(!) birbaşa həqiqət deyil.

O filmdə Suada Qarayeva sadəcə mümkün ola biləcək bir mənəvi təsəvvür yaradıb. Bu isə yalnız Məhsəti Gəncəvi haqqında (uzun illər formalaşmış) digər bir mümkün olan təsəvvürü inkar edir. Buna təsəvvürlərin inkarı da demək olar. Ona görə də nə Suada Qarayevanı müdafiə etmək olmur, nə də ki, illərlə təqdim olunan Məhsəti Gəncəvini. Çünki mümkün ola biləcək təsəvvürlər müdafiə olunmur, həqiqət naminə qəbul olunur. Axı onların hər biri həqiqət olma ehtimalına malikdir… İnanıram ki, bir gün bu film sənət baxımından da müzakirə predmetinə çevriləcəkdir.

Şəbnəm  Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Dekabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri