Nə taksi gəlir, nə təcili yardım Maştağa sakinlərinin 40 ildir bitməyən yol problemi
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan sakinlər illərdir ki, yol sarıdan əziyyət çəkirlər.
Sakinlər bildirirlər ki, qışda palçıq, yayda isə tozun əlindən burada hərəkət etmək ümumiyyətlə yaşamaq mümkün deyil.
Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onların müraciətlərinə baxan olmayıb.
Onların sözlərinə görə, massivin dörd bir yanına asfalt örtük çəkilib. Sadəcə 750 metrlik yer qalıb ki, o yolu da təmir edən tapılmır.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonun bütün qəsəbələrində olduğu kimi bu qəsəbədə də qəsəbədaxili yolların asfaltlanması mərkəzləşmiş qaydada aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir.
Ətraflı Baku TV-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 08 Noyabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















