Icma.az
close
up
RU
“Aston Villa” dayanmaq bilmir

“Aston Villa” dayanmaq bilmir

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Premyer-liqada “Arsenal”, “Mançester Siti” və “Liverpul” qələbə qazandı. “Tottenhem”, “Çelsi” və “Mançester Yunayted” büdrədi. “Qırmızı şeytanlar”a qalib gələn “Aston Villa”nın fenomenal seriyası davam edir.

"Football-plus.az" xəbər verir ki, “Everton” – “Arsenal” oyunu baxımlı alınmadı. Moyesin “Everton”u istənilən rəqibə “dişini qıcaya” bilir, bu mənada “topçular” da istisna deyildi.
Meydan sahibləri ilk dəqiqələrdən yüksək mübarizə şəraiti təklif etdi. Ancaq ilk yarının ortalarında heç bir ehtiyac olmadan cərimə meydançasında əllə oynayan O’Brayen komanda yoldaşlarının əməyini yerə vurdu. Dyökereş penaltini inamla yerinə yetirdi. “Arsenal” 2-ci hissədə hesaba görə oynadı, hərçənd dəfələrlə fərqi artırmağa da yaxın oldu. Geyenin yoxluğunda “Everton”un dayaq zonası çox zəif göründü. Sakanın zərbəsindən sonra müdafiəçi topu boş qapıdan çıxardı, Trossarla Subimendinin zərbələri dirəyə tuş gəldi. Final fitinə qədər intriqa qorunsa da, “göylər”in Rayyanı narahat etdiyini demək olmaz. Praqmatik tərzdə qələbəni qoruyan “Arsenal” zirvədə qaldı.
“Topçular”ın ən yaxın izləyicisi isə MS-di. “Şəhərlilər” son illərin ənənəsinə sadiq qalaraq yenə “Vest Hem”i məğlub etdi. Onların total dominantlığı oyunboyu hiss olundu. Holannın vurduğu erkən qol da buna müəyyən mənada şərait yaratdı. Hissənin sonunda meydan sahiblərinin oyun üstünlüyü növbəti qolda əksini tapdı. Oyunun qalan bölümü formallığa çevrildi. “Vest Hem” 2-ci hissədə bir qədər fəallaşsa da, Holannın növbəti qolu hər şeyə aydınlıq gətirdi. 0:3-dən sonra “çəkicdöyənlər” məğlubiyyətlə barışdı. “Siti”nin qələbə seriyası 7 oyuna çatdı. Son 6 turda qələbə qazana bilməyən “Vest Hem” isə elitada qalmaq uğrunda mübarizə aparmalı olacaq.
Hesabat turunda iki mərkəzi oyun da var idi. “Tottenhem” “Liverpul”la oyuna yaxşı başladı, ancaq 33-cü dəqiqədə azlıqda qaldı. Topu almağa çalışarkən ehtiyatsız davranan Simons Van Diykin ayağını tapdaladığına görə vaxtından əvvəl paltardəyişmə otağına yollandı. 2-ci hissədə İsakı meydana buraxan Slot qol istəyinə çatdı. Ancaq isveçli hücumçu tezliklə zədələnib yerini oyundaşına verdi. Hissənin ortalarında “mahmızlar” hesabı bərabərləşdirə bilərdi, ancaq Kolo Muaninin zərbəsindən sonra Kerkezdən səkən top tirə dəydi. Bir neçə dəqiqə sonra “Liverpul” 2-ci qolu da vurdu. Bundan sonra arxayınlaşan “qırmızılar” gözlənilmədən qapısında qol gördü. Künc zərbəsinin ardından yenicə meydana çıxan Rişarlison fərqi azaltdı. 90+3-cü dəqiqədə Romero da meydandan qovuldu və “Tottenhem” 9 nəfərlə qaldı. Belədə asanlıqla qələbəni qoruyan “Liverpul” “ÇL zonası”na yaxınlaşdı.
İnanılmaz sürət yığan “Aston Villa” qarşısına çıxanı əzir. Bu komandanın MY ilə duelinə də “mərkəzi” təyinini yapışdırmaq olardı. Oyuna fəal başlayan Emerinin komandası startda bir neçə yaxşı imkanı boşa verdi. Ardından təşəbbüs “qırmızı şeytanlar”ın tərəfinə keçdi. Mankunianlar hətta meydanın rəqibə aid hissəsində topa nəzarət etsələr də, hücumların kəmiyyəti keyfiyyətə keçmirdi. Birmingemlilər hissənin sonunda Rocersin effektli zərbəsi sayəsində hesabı açdı. Düzdü, Amorimin komandası hələ fasiləyə qədər hesabı bərabərləşdirdi. 2-ci hissənin startı ərəfəsində qonaqlar bəd xəbərə görə üzüldü. Belə ki, Fernandeş zədə üzündən meydana çıxa bilmədi. Onun yoxluğunda qonaqların hücum potensialı ciddi şəkildə azaldı. Üstəlik Mbemo ilə Dyallonun Afrika Millətlər Kubokuna qatıldığını da unutmayaq. Məhz kadr qıtlığına görə Amorimin oyunun axarına müdaxilə etmək imkanı yox idi. Halbuki mankunianlar buna ehtiyac duyurdu. Axı 2-ci hissənin əvvəlində Rocers növbəti dəfə komandasını irəli çıxarmışdı. MY-nin vəziyyəti düzəltmək üçün o qədər çox vaxtı yox idi. 2-ci hissənin ortalarında Kunya fərqlənə bilərdi, ancaq əla mövqedən “çərçivə”yə düşmədi. MY-nin oyunçularının ifasında sonda təzyiq dalğası da görmədik. “Qırmızı şeytanlar”ın çempionatdakı məğlubiyyətsiz oyunlar seriyası 4-də dayandı. “Aston Villa” isə 4-cü yerdə qərarlaşan “Çelsi”dən artıq 7 xal irəlidədi.
Turun açılış oyununda məhz “zadəganlar” meydana çıxdı. “Nyukasl”ın ev oyunlarını keçirdiyi “Sent-Ceyms Park”da ardıcıl dörd dəfə uduzan “Çelsi” yenə məğlubiyyətə yaxın idi. İlk yarı tam “sağsağanlar”ın üstünlüyü şəraitində keçdi. Artıq 4-cü dəqiqədə Voltemade onları irəli çıxardı. Almaniyalı hücumçu 20-ci dəqiqədə ikinci qolu da vurdu. Əslində “Nyukasl” fasiləyə qədər oyunun taleyini həll etməliydi. Sadəcə, referi Endi Medli topun Fofananın əlinə dəydiyi epizodda “nöqtə”ni göstərmədi, Voltemade də het-trik şansını qaçırdı. Belə durumda fasilə qonaqların işinə yaradı. Ceymsin 49-cu dəqiqədə cərimə zərbəsindən vurduğu gözəl qol onları bir qədər də ruhlandırdı. Artıq hissənin ortalarında Pedro hesabı bərabərləşdirdi. Özü də məhsuldar ötürməni ona qapıçı Sançes verdi. Bundan sonra oyun qarşılıqlı hücumlar şəraitində davam etdi. Hər iki komandanın hesabı dəyişmək şansı var idi. Məhsuldar heç-heçə tərəflərdən heç birini razı salmadı. “Nyukasl” “Çelsi” ilə xal fərqini 3-ə endirə bilmədi, üstəlik “Liverpul” da “zadəganlar”a çatdı.
Mövsümün kəşflərindən olan “Sanderlend”in də “Çelsi”yə çatmaq imkanı var idi. Amma “qara pişiklər” səfərdə “Brayton”un müqavimətini qıra bilmədi.
Turun qalan oyunlarına gəlincə, “Bornmut”la “Bernli” “sülh”ə razılaşdı, “Vulverhempton” evdə “Brentford”a uduzdu, “Lids” isə “Kristal Pelas”ı darmadağın etdi.
17-ci tur
Tottenhem – Liverpul 1:2

Rişarlison, 83 – İsak, 56. Ekitike, 66. (61138)
Tottenhem: Vikario, Porro, Romero, Van de Ven, Spens, Bentankur, Qrey (Palyinya, 71), Kudus (Conson, 58), Berqvall (Odober, 71), Simons, Kolo-Muani (Rişarlison, 80).
Liverpul: Alisson, Bredli (İsak, 46/Frimponq, 60), Konate, Van Diyk, Kerkez, Qravenberx, Cons, Soboslai, Makallister, Virts (Nyoni, 90+10), Ekitike (Robertson, 90+9).
Mançester Siti – Vest Hem 3:0
Holann, 5; 69. Reynders, 38. (52454)
MS: Donnarumma, Nunyeş, Diaş, Qvardiol, O’Rayli, B.Silva (Mukasa, 75), Niko (Xusanov, 67), Reynders (Lüis, 67), Şerki (Savinyo, 67), Foden, Holann.
Nyukasl – Çelsi 2:2
Voltemade, 4; 20 – Ceyms, 49. Pedro, 66. (52226)
Çelsi: Sançes, Hüsto (Fernandes, 54), Fofana, Çaloba, Kukurelya, Ceyms, Kaysedo, Neto, Palmer (Santos, 79), Qarnaço, Pedro.
Everton – Arsenal 0:1
Dyökereş, 27-p. (52335)
Arsenal: Rayya, Timber, Saliba, İnkapye, Kalafyori, Edeqor (Merino, 88), Subimendi, Rays, Saka, Dyökereş (Jezus, 65), Trossar (Martinelli, 80).
Aston Villa – Mançester Yunayted 2:1
Rocers, 45; 58 – Kunya, 45+3. (43157)
MY: Lammens, Yoro (Leysi, 85), Heven, Şou, Dalot, Uqarte (Zirkzee, 73), Fernandeş (Martines, 46), Dorqu, Kunya, Maunt, Şeşko (Fletçer, 73).
Bornmut – Bernli 1:1
Semenyo, 67 – Broya, 90. (10762)
Brayton – Sanderlend 0:0
(31426)
Vulverhempton – Brentford 0:2
Lüis-Potter, 63; 83. (27662)
Lids – Kristal Pelas 4:1
Kalvert-Lüin, 38; 45+4. Ampadu, 60. Stax, 90+11 – Devenni, 90+2-p. (36334)
Fulhem – Nottingem Forest 1:0
Ximenes, 45+5-p.
1. Arsenal 17 12 3 2 31-10 39
2. Mançester S. 17 12 1 4 41-16 37
3. Aston Villa 17 11 3 3 27-18 36
4. Çelsi 17 8 5 4 29-17 29
5. Liverpul 17 9 2 6 28-25 29
6. Sanderlend 17 7 6 4 19-17 27
7. Mançester Y. 17 7 5 5 31-28 26
8. Kristal Pelas 17 7 5 5 21-19 26
9. Brayton 17 6 6 5 25-23 24
10. Everton 17 7 3 7 18-20 24
11. Nyukasl 17 6 5 6 23-22 23
12. Brentford 17 7 2 8 24-25 23
13. Fulhem 17 7 2 8 24-26 23
14. Tottenhem 17 6 4 7 26-23 22
15. Bornmut 17 5 7 5 26-29 22
16. Lids 17 5 4 8 24-31 19
17. Nottingem F. 17 5 3 9 17-26 18
18. Vest Hem 17 3 4 10 19-35 13
19. Bernli 17 3 2 12 19-34 11
20. Vulverhempton 17 0 2 15 9-37 2
Bombardirlər: Holann (MS) – 19, Tyaqo (Brentford) – 11, Semenyo (Bornmut), Ekitike (Liverpul) - 8.
Növbəti turun oyunları dekabrın 26-28-i aralığında keçiriləcək: Mançester Yunayted – Nyukasl, Nottingem Forest – Mançester Siti, Arsenal – Brayton, Bernli – Everton, Brentford – Bornmut, Vest Hem – Fulhem, Liverpul – Vulverhempton, Çelsi – Aston Villa, Sanderlend – Lids, Kristal Pelas – Tottenhem.
Turun rəqəmi
10 – “Aston Villa”nın bütün turnirləri əhatə edən qələbə seriyası 10 oyuna çatdı. Birmingemlilər premyer-liqada ardıcıl 7, Avropa Liqasında 3 qələbə qazanıb. Sonuncu dəfə noyabrın 1-də “Liverpul”a uduzan (0:2) “Aston Villa” 111 illik fasilədən sonra belə uğurlu seriya yaxalayıb. 1914-cü ildə də ardıcıl 10 qələbə olmuşdu.
Turun ulduzu
Morqan Rocers (Aston Villa) – ardıcıl ikinci oyunda komandasının qəhrəmanı oldu. 23 yaşlı futbolçu “Vest Hem”lə oyunda da dubl etmişdi. MY-nin qapısına hər iki qolu cərimə meydançasının xaricindən zərbə ilə vurdu. 7 qol vuran Rocers komandasının çempionatda bombardiridi.
Turun sitatı
Üqo Ekitike, “Liverpul”un hücumçusu:

“Düşünürəm ki, bu gün qələbəni haqq etdik. Oyunda təkbətək mübarizələrin sayı hədsiz çox idi. Bu artıq futbol deyildi, sərt mübarizə idi. Meydanda əsl müharibə gedirdi və bu müharibəni biz qazandıq”.


Faktlar
* Holann premyer-liqada qol sayına görə Kriştiano Ronaldonu arxada qoydu. MS-nin hücumçusu bu liqada keçirdiyi 114-cü oyunda qol sayını 104-ə çatdırdı. Ronaldo MY-nin heyətində premyer-liqada 103 qol vurub. Amma portuqaliyalı norveçlidən 122 oyun çox keçirib.
* Holann premyer-liqada Milada (İngiltərədə dekabrın 25-də qeyd olunur – red.) qədər 19 qol vurmağı bacardı. Ona qədər Endi Koul (1993/94, “Nyukasl”), Kevin Fillips (1999/00, “Sanderlend”) və Luis Suares (2013/14, “Liverpul”) eyni nəticəni göstərib.
* “Vulverhempton” “Derbi”nin premyer-liqadakı antirekordunu təkrarlaya bilər. 17 turdan sonra “canavarlar”ın hesabında cəmi 2 xal var. İndiyə qədər premyer-liqa tarixində ən pis nəticəni 2007/08 mövsümündə “Derbi” göstərib – 11 xal. Onda həmin komandanın 17 turdan sonra 6 xalı var idi.
Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşqçisi:

“Futbolda son dəqiqələr xatırlanır. Biz isə son dəqiqələrdə yaxşı oynamadıq. Məhz həmin zaman kəsiyini yaddaşımızdan silsək, oyunumuzda çox şeyi bəyəndim. Sonda heç cür top saxlaya bilmirdik, rəqib cərimə zərbələri, aut, korner qazanırdı. Xaos başlamışdı. Altı oyundu uduzmuruq – 4 qələbə, 2 heç-heçə. Hələ ki ideal vəziyyətdən çox uzağıq. Premyer-liqada sönük oyun olmur. Rəqib azlıqda qalanda vingerlərin oyununun əhəmiyyəti artır. Frimponq ikinci qolumuzu yaradan adamdı”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Qələbəyə görə çox sevinirəm, həqiqətən də burda oynamaq çətindi. “Everton” çox yaxşı təşkil olunmuş komandadı. Yeri gəlmişkən, burda gözəl stadion tikiblər, gördüklərimdən tüklərim biz-biz oldu. İlk yarıda dominantlıq etdiyimiz bölümlər oldu, ancaq çoxlu təhlükəli vəziyyət yarada bilmədik. İkinci hissədə isə üç real qol imkanımız oldu. Oyunun sonunda çətinə düşmək istəmirsənsə, belə imkanlardan yararlanmaq lazımdı. Biz “Mançester Siti”yə baxmırıq. Amma sizin izlədiyinizi bilirəm. Yalnız öz oyunumuza və nəticələrə nəzarət edə bilərik. Hər gündən ləzzət almaq, əlimizdən gələni etmək lazımdı. Yalnız ondan sonra bütün bunların bizi hara apardığını görəcəyik”.

Ruben Amorim, MY-nin baş məşqçisi:

“Düşünürəm ki, bu gün biz daha yaxşı oynadıq. Bəxtimiz gətirmədi. Ancaq zədəli Fernandeşsiz də yaxşıydıq. Sabah oyunumuz hər kəsin yadından çıxacaq. Çünki tarixdə yalnız nəticə qalır. Hesab edirəm ki, daha artığına layiq idik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Dekabr 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see284

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see250

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see236

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see236

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see235

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see233

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see229

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see219

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see214

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see211

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see211

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see196

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see189

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see188

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see188

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see186

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see179

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see176

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see174

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri