Şəfiqə Axundova küçəsində yaşayanlar yol problemindən şikayətçidirlər: Nə taksi gəlir, nə də təcili yardım
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Abşeron rayonu, Masazır qəsəbəsi, Şəfiqə Axundova küçəsində yaşayan sakinlər yol problemindən şikayətçidirlər.
Onlar iddia edirlər ki, bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb.
Sakinlər narazılıqlarını Baku TV ilə bölüşüblər.
"Buraya nə taksi gəlir, nə də təcili yardım. Yolda yeriyə bilmirik. Əsəbimdən ağlayıram. Dərdimizi kimə deyək?! Biz də yaşamaq istəyirik", - onlardan biri söyləyib.
Digər bir vətəndaş isə belə deyib: "Yollar bərbad haldadır. Burada avtomobil idarə etmək olmur, maşın pis vəziyyətə düşür".
Problemlə bağlı Masazır bələdiyyəsindən bildirilib ki, daxili küçələr bələdiyyələrin balansında olduğu üçün yerli özünüidarəetmə orqanlarının büdcələri imkan verdikcə, kənd ərazisində yolların abadlaşdırılması işləri həyata keçirilir:
"Bələdiyyələrin büdcələri sakinlər tərəfindən verilən vergilər əsasında formalaşdığından yeni küçələrin asfaltlanmasında müəyyən yubanmalar müşahidə edilməkdədir. Yaxın müddətdə Şəfiqə Axundova küçəsi də daxil olmaqla, beş küçə asfaltlanaraq sakinlərin istifadəsinə veriləcək. Su xəttində baş verən qəza ilə bağlı isə aidiyyəti qurumlara müraciət olunub".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 27 Noyabr 2025 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















