Nə üçün milli cizgi film personajlarımız satışda yoxdur? Deputat
Icma.az bildirir, Anews portalına istinadən.
Azərbaycanda uşaqların milli dəyər əsasında formalaşması üçün onlar üçün milli cizgi film personajlarının satışı yoxdur. Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
"Uşaqların hüquqların qorunması həm də onların əldə etdikləri informasiya ilə bağlıdır. Azərbaycana daha çox cizgi filmləri idxal edilir. Heç bir məhdudiyyət qoymadan uşaqları bu proseslə üz-üzə qoyuruq. Müəyyən mərhələdən sonra isə uşaqları olan ünsüyyəti itiririk. Uşaqların oyuncaqlarından tutmuş baxdıqları cizgi filmlərinə qədər nəzarət etmək vacibdir. Nə üçün cırtdanın, tıtk-tık xanımın kuklası yoxdur. Nə üçün uşaqlar barbi və oynadıqları digər personajlara oxşamaq istəyir? Bizim yaşadığımız mədəniyyəti onlar davam etdirilməlidir", - deputat "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən deyib.
Gülnar Nazimqızı
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 10 Dekabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















