Icma.az
close
up
RU
Nə üçün tez həvəsdən düşürük? Psixoloq səbəblərdən danışdı

Nə üçün tez həvəsdən düşürük? Psixoloq səbəblərdən danışdı

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Bəzi insanlar müxtəlif mövzularda həddindən artıq tez həvəsdən düşürlər”. 

Bu sözləri psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bunun bir çox fərqli səbəbi ola bilər: 

“Yəni səbəb fərdə görə dəyişir. İnsanın yaşadığı çətin həyat, çox sayda uğursuzluqlarla üzləşməsi, habelə uşaqlıqdan “bacara bilməzsən” və “alınmayacaq” tipli neqativ düşüncələrlə böyüməsi buna birbaşa təsir edir. Nəzərə almaq lazımdır ki, insanların motivasiyası onların həyatlarındakı uğurlarla yüksəlir və bu yüksəliş özünüqiymətləndirmənin adekvat səviyyəsini ön plana çıxarır”. 

Ekspert qeyd edib ki, insan həyatda nə qədər uğur qazanarsa, bir o qədər özünəinamı artar: 

“Özünəinamı yüksək olan şəxslər isə tez həvəsdən düşmürlər. Burada yalnız yüksək uğur naliyyətlərini nəzərdə tutmuram. Uşaqlıqdan uşağın hər müsbət davranışına görə mükafatlandırma hər etdiyi nadincliyinə görə cəzalandırmadan çox olsa, eləcə də uşaq dostlarının, başqa insanların yanında danlanılmadıqda özünəinam yüksək səviyyədə formalaşar. Çünki müqayisə etsək, onsuz insan təbiət etibarilə məğlubiyyətə uğradığı zaman qəmginlik hissi uğur qazandıqda sevinc hissindən yüksək olur”. 

Psixoloq onu da diqqətə çatdırıb ki, gözləntilər də həvəsdən düşməyə gətirib çıxara bilir: 

“Bəzən insan hər hansı bir işin alınmasına çox istəyir və ona ürəkdən inanır. Əgər inamı yüksəkdir və iş alınmırsa, xəyal qırıqlığı yaşayır, həvəsdən düşür. Bu halların qarşısını almaq üçün əvvəldən hər bir nəticəyə hazır olmaq lazımdır. O zaman stressi ağır formada keçirmərik. Hər hansı bir məsələyə hazır olduğumuz zaman avtomatik olaraq beynimiz “B planı”nı düşünür”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Həvəs psixologiya psixoloq

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri