Icma.az
close
up
RU
Neapolu yenə “Latsio” fəth etdi!

Neapolu yenə “Latsio” fəth etdi!

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

A seriyasında 33-cü turdan sonra çempionluq uğrunda mübarizədə az-çox qalan intriqa tamamilə heçə endi. Çempionlar Liqasına (ÇL) vəsiqə verən sonuncu - 4-cü yer uğrunda rəqabət də tədricən zəifləyir.

"Football-plus.az" xəbər verir ki, “İnter” addım-addım skudettoya yaxınlaşır. A seriyasının lideri evdə “Kalyari”ni məğlub etdi. Üç cavabsız qolla qalib gələn milanlılar ÇL-ə vəsiqə qazanan ilk komanda oldular. Onların müdafiəçisi Dimarkonun uğurlu çıxışını da qeyd edək. Cinah oyunçusu çempionatdakı məhsuldar fəaliyyətini davam etdirir. Federiko bir mövsüm ərzində “qol+ötürmə” sxemi üzrə 21 (6+15) xal toplayan ilk müdafiəçi oldu. Qeyd edək ki, bu planda statistika 2004/05 mövsümündən hesablanır.
Kristian Kivunun komandası indi əsas izləyicisini 12 xal qabaqlayır. “Napoli”nin 6 oyunluq məğlubiyyətsiz seriyası öz meydanında qırıldı. Son çempion “Latsio” ilə yenə bacarmadı. Paytaxt komandası əks-hücumlar üzərində qurulan oyunu ilə Neapolda iki cavabsız qolla qalib gəldi. Romalıların yarımmüdafiəçisi Zakkanyinin 31-ci dəqiqədə penaltidən yararlana bimədiyini də qeyd edək. Diqqəti cəlb edən digər fakt isə “Napoli”nin “Latsio”ya ardıcıl 4-cü ev oyununda uduzmasıdı. Topların fərqinə görə 3-cü yerə düşən cənubluların titulu rəsmən əldən verəcəyi günə çox az qalıb.
Son dörd oyundan üçündə uduzan “Milan”ın Veronada maksimum xal qazanmaqdan başqa çarəsi qalmamışdı. Əks halda ölkə nəhəngi praktiki olaraq əldən verdiyi çempionluqdan sonra ÇL-ə vəsiqəni də itirə bilər. Massimiliano Alleqrinin komandası liqanın autsayderini çətinliklə də olsa məğlub edə bildi. Rabyonun vurduğu yeganə qol “Milan”ı 2-ci pilləyə çıxardı.
Əvvəlki turda “ÇL zonası”na daxil olan “Yuventus” evdə “Bolonya”nı iki cavabsız qolla üstələdi. Məğlubiyyətsiz seriyası 8 oyuna (6 qələbə, 2 heç-heçə) çatan turinlilər indi “Milan” və “Napoli”dən yalnız 3 xal geri qalırlar. “Yuventus”un işini əsas izləyicilərinin büdrəməsi də asanlaşdırır.
ÇL-ə can atan komandalardan “Komo” səfərdə “Sassuolo”ya 1:2 hesabıyla məğlub oldu. Xatırladaq ki, Fransesk Fabreqasın komandası “ÇL zonası”nı əvvəlki turda tərk edərək 5-ci yerə düşmüşdü. “Komo” bu pillədəki yerini qorusa da, artıq “Yuventus”dan 5 xal geri qalır.
Evdə “Atalanta” ilə məhsuldar heç-heçəyə razılaşan “Roma”nın da 58 xalı var. 1:1 hesabı mövsümün sonuna 5 tur qalmış hər iki komandanın ÇL-də oynamaq perspektivlərini bir qədər də zəiflətdi.
33-cü tur
İnter – Kalyari 3:0

M.Türam, 45. Barella, 56. Zyelinski, 90+2. (74209)
İnter: X.Martines, Auqusto, De Vrey, Akanci, Dimarko (Luis Enrike, 76), Dyumfris, Barella (Diuf, 89), Mxitaryan (Zyelinski, 76), Çalhanoğlu (Frattezi, 85), F.Espozito, M.Türam (Bonni, 76).
Napoli – Latsio 0:2
Kançelyeri, 6. Başiç, 57. (50000)
Napoli: Milinkoviç-Saviç, Olivera, Beukema, Buoncorno, Spinatsola (Qutyerres, 63), Lobotka (Jiovane, 63), Zambo Angissa (Alisson, 46), Politano (Matsokki, 72), Maktominey, De Bruyne (Elmas, 46), Höylunn.
Latsio: Motta, Tavareş, Latsari (Hüsay, 82), Romanyoli, Xila (Patrik, 61), Kataldi (Provstqor, 61), Teylor, Başiç (Dele Başiru, 71), Zakkanyi (Dia, 61), Kançelyeri, Noslin.
Verona – Milan 0:1
Rabyo, 41. (21338)
Milan: Menyan, Atekame (Salemakers, 63), Pavloviç, Tomori, Bertezaqi, Qabbya, Fofana (Riççi, 64), Modriç, Rabyo, Pulişiç (Nkunku, 80), Leao (Ximenes, 63).
Roma – Atalanta 1:1
Ermoso, 45 – Krstoviç, 12. (61474)
Roma: Svilar, Mançini (Qilardi, 46), Ndika, Ermoso, Çelik, Rensx (Simikas, 78), Kristante, Əl-Aynaui (Venturino, 60), Sule (Vaz, 71), Əl-Şaaravi (Pizilli, 60), Malen.
Atalanta: Karnesekki, Kolaşinats (Ahanor, 46), Cimşiti, Skalvini (Kossunu, 46), Bellanova (Bernaskoni, 54), Ederson (Paşaliç, 80), De Roon, Zappakosta, Raspadori, De Ketelare (Zalevski, 46), Krstoviç.
Yuventus – Bolonya 2:0
Devid, 2. K.Türam, 57. (40516)
Yuventus: Di Qreqorio, Kelli, Bremer, Kalulu, Holm (K.Türam, 46), Kambyazo (Qatti, 80), Lokatelli, Makkenni, Konseysao (Yıldız, 72), Devid (Jeqrova, 72), Boqa (Openda, 86).
Sassuolo – Komo 2:1
Volpato, 42. Nzola, 44 – Pas, 45+2. (13355)
Udineze – Parma 0:1
Elfeqe, 51. (9261)
Kremoneze – Torino 0:0
(12242)
Piza – Cenoa 1:2
Kanestrelli, 42 – Exator, 41. Kolombo, 55-p. (11535)
Leççe – Fiorentina 1:1
Qabriel, 71 – Harrison, 30.
1. İnter 33 25 3 5 78-29 78
2. Milan 33 19 9 5 48-27 66
3. Napoli 33 20 6 7 48-33 66
4. Yuventus 33 18 9 6 57-29 63
5. Komo 33 16 10 7 57-28 58
6. Roma 33 18 4 11 46-29 58
7. Atalanta 33 14 12 7 45-29 54
8. Bolonya 33 14 6 13 42-39 48
9. Latsio 33 12 11 10 34-30 47
10. Sassuolo 33 13 6 14 41-44 45
11. Udineze 33 12 7 14 38-43 43
12. Torino 33 11 7 15 37-54 40
13. Cenoa 33 10 9 14 40-46 39
14. Parma 33 9 12 12 24-40 39
15. Fiorentina 33 8 12 13 38-45 36
16. Kalyari 33 8 9 16 33-47 33
17. Kremoneze 33 6 10 17 26-47 28
18. Leççe 33 7 7 19 22-46 28
19. Verona 33 3 9 21 23-56 18
20. Piza 33 2 12 19 24-60 18
Bombardirlər: L.Martines (İnter) - 16, Pas (Komo) - 12, Duvikas (Komo), M.Türam (İnter) – 11.
Turun rəqəmi
26 - “Napoli” çoxdan idi öz meydanında uduzmurdu. Nəhayət, cənublular ölkə çempionatında evdə təxminən ilyarımlıq müddətdən sonra “Latsio”ya məğlub oldular. Maraqlıdı ki, “Napoli” 2024-cü ilin dekabrında da paytaxt komandasına boyun əymişdi. Onda minimal hesabla uduzan neapollular A seriyasında keçirdikləri növbəti 26 oyunda (19 qələbə, 7 heç-heçə) məğlub olmamışdılar.
Turun ulduzu
Matteo Kançelyeri (Latsio) - italiyalı yarımmüdafiəçi Neapoldakı oyunda məhsuldar fəaliyyəti ilə yadda qaldı. Hesabı məhz o açdı. Matteonun daha iki epizodda qol vurmaq şansı oldu. Bu imkanlardan yararlana bilməsə də, əks-hücumlarda daim rəqibin arxa xəttinə başağrı verdi.
Turun sitatı
Kristian Kivu, “İnter”in baş məşqçisi:

“Mövsümün sonuna 5 tur qalmış ÇL-ə vəsiqəni təmin etmişik. Bu turnirdə oynamaq heç də asan deyil. Transferlərə külli miqdarda pul xərcləyən İngiltərə klubları ilə qarşılaşırsan. Biz də ÇL-də rəqabətədavamlı komanda olmaq istəyirik. Bu, klubumuzun əsas hədəflərindən biridi”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Aprel 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri