Icma.az
close
up
RU
Nebenzya: Tramp komandasının Ukrayna ilə bağlı siqnallarında Rusiya üçün maraqlı heç nə yoxdur Doğru Xəbərlər

Nebenzya: Tramp komandasının Ukrayna ilə bağlı siqnallarında Rusiya üçün maraqlı heç nə yoxdur Doğru Xəbərlər

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya “Rossiya 24” telekanalına müsahibəsində bildirib ki, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Ukrayna məsələsi ilə bağlı komandası hələlik Moskva üçün maraqlı heç nə təklif etməyib.

Onun sözlərinə görə, Tramp komandası hələ də Ukrayna ilə bağlı qeyri-müəyyən siqnallar, o cümlədən “münaqişənin dondurulması” ilə bağlı bəyanatlar verir. 

Nebenzya xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın qanuni təhlükəsizlik maraqlarını nəzərə alaraq, Ukrayna münaqişəsini dondurmaq deyil, sona çatdırmaq niyyətini açıq şəkildə bəyan edib. 

“Lakin hələ ki, Amerikanın yeni administrasiyasının siqnallarında heç bir şey bunun bizim üçün maraqlı olacağına işarə etmir”, – TASS diplomatdan sitat gətirir.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Tramp komandasının Ukrayna ilə bağlı təkliflərindən razı deyil. 

DOĞRU.AZ

seeBaxış sayı:80
embedMənbə:https://dogru.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri