Icma.az
close
up
RU
Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır Nazilrlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır Nazilrlik açıqladı

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ad, soyad və ata adı insanın ən mühüm fərqləndirici məlumatlarından biri hesab olunsa da, bu məlumatların tamamilə eyni olduğu minlərlə insan var. İlk baxışda adi statistika kimi görünən bu fakt bəzən ciddi hüquqi, inzibati və hətta təhlükəsizlik problemlərinə səbəb olur.

Dünyanın müxtəlif ölkələrində eyni ad, soyad və ata adına malik şəxslərin başqasının törətdiyi cinayətə görə şübhəli bilinməsi, sərhəd-keçid məntəqələrində əlavə yoxlamalara məruz qalması, bank əməliyyatlarında gecikmələrlə üzləşməsi və müxtəlif dövlət qurumlarında qarışıqlıq yaşaması halları kifayət qədər geniş yayılıb. Belə hadisələr Azərbaycanda da istisna deyil.

Hətta bunun daha böyük fəsadlaarın mətbuatda da görmüşük. Eyni ad və soyad ciddi problemlər yaradır. Xüsusulə qəzetçiulik dövründə bu məslə ciddi problemlərə yol açırdı. Məsələn, ölkədə iki böyük vəzifəli Əli Həsənov var idi. Bəzən qəzetdə yazı bir Əli Həsənova, şəkil digər Əli Həsənova aid olurdu. Saytdan fərli olaraq qəzetdə bu yanlışı sonradan düzəltəmək mümkün olmurdu.
Azərbaycanda ən çox təkrarlanan ad-soyad və ata adı hansıdır?
Ədliyyə Nazirliyi Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, ölkədə kişilər arasında ən çox rast gəlinən tam ad kombinasiyası “Əliyev Hüseyn Əli"dir.

Bu ad, soyad və ata adını daşıyan 89 nəfər qeydiyyatdadır.

İkinci yeri isə eyni sayda şəxs tərəfindən daşınan iki kombinasiya bölüşür:

Məmmədov Əli Məmməd – 81 nəfər;

Məmmədov Vüqar İlqar – 81 nəfər.

Bu statistika göstərir ki, Azərbaycanda bəzi adlar və soyadlar uzun illərdir ailə ənənələri və milli advermə mədəniyyəti nəticəsində geniş yayılıb.

Kişilər arasında ən çox rast gəlinən ilk 10 kombinasiya

1. Əliyev Hüseyn Əli (89)
2. Məmmədov Əli Məmməd (81)
3. Məmmədov Vüqar İlqar (81)
4. Məmmədov Samir Sabir (73)
5. Əliyev Vüqar İlqar (68)
6. Həsənov Hüseyn Həsən (62)
7. Məmmədov Orxan Elxan (61)
8. Əliyev Əli Elçin (60)
9. Əliyev Yusif Əli (58)
10. Əliyev Əli Məmməd (58)

Qadınlar arasında lider kimdir?
Qadınlar arasında isə ilk sırada “Əliyeva Zeynəb Əli” kombinasiyası qərarlaşıb.

Bu ad, soyad və ata adına malik 51 nəfər var. Sonrakı pillələrdə isə Əliyeva Sevinc Əli – 50 nəfər və Məmmədova Günel Vaqif – 49 nəfər yer alır.

Qadınlar arasında ilk 10-luq

1. Əliyeva Zeynəb Əli (51)
2. Əliyeva Sevinc Əli (50)
3. Məmmədova Günel Vaqif (49)
4. Məmmədova Sevinc Vaqif (48)
5. Məmmədova Gülnarə Əli (48)
6. Əliyeva Fatimə Elçin (46)
7. Əliyeva Zəhra Əli (45)
8. Məmmədova Sevinc Əli (44)
9. Əliyeva Fatimə Vüqar (44)
10. Məmmədova Zəhra Anar (43)

Niyə eyni adlar bu qədər çoxdurˀ
Mütəxəssislərin fikrincə, Azərbaycanda bəzi adların geniş yayılması təsadüfi deyil. Bunun bir neçə əsas səbəbi var:

Burada ailə böyüklərinin adlarının nəsildən-nəslə verilməsi, dini və milli adlara üstünlük, ən çox istifadə olunan soyadların (“Əliyev”, “Məmmədov”, “Həsənov” və s.) geniş yayılması və ata adlarının da ənənəvi olaraq təkrarlanmasıdır.

Bu amillər nəticəsində eyni ad, soyad və ata adına malik onlarla, hətta yüzə yaxın insanın olması təbii statistika kimi ortaya çıxır.

Tam eyni identifikasiya məlumatlarına malik olmaq bəzən ciddi narahatlıqlara səbəb olur.

Belə şəxslər beynəlxalq hava limanlarında əlavə yoxlamaya cəlb olunur, sərhəd-keçid məntəqələrində saxlanılır. Bank və maliyyə əməliyyatlarında əlavə identifikasiya prosedurlarından keçə bilir. Hüquq-mühafizə orqanlarının informasiya bazalarında ad oxşarlığı səbəbindən ilkin araşdırmalarla üzləşir.

Əksər hallarda məsələ şəxsiyyət vəsiqəsinin FİN kodu, doğum tarixi, biometrik məlumatlar və digər fərdiləşdirici göstəricilər vasitəsilə dəqiqləşdirilir. Buna baxmayaraq, eyni ad məlumatları müəyyən vaxt itkisinə və əlavə prosedurlara səbəb ola bilir.

Müasir dövlət idarəçiliyində ad və soyad kifayət etmir. Elektron hökumət sistemləri, FİN kodu, biometrik məlumatlar, rəqəmsal reyestrlər və inteqrasiya olunmuş məlumat bazaları məhz belə qarışıqlıqların qarşısını almaq üçün tətbiq edilir.

Ekspertlər hesab edirlər ki, rəqəmsallaşmanın genişlənməsi gələcəkdə eyni ad-soyad və ata adına malik şəxslərin yaratdığı inzibati çətinlikləri minimuma endirəcək.

Ədliyyə Nazirliyinin açıqladığı statistika göstərir ki, Azərbaycanda eyni ad, soyad və ata adını daşıyan onlarla insan var və bəzi hallarda bu rəqəm 80–90 nəfərə qədər yüksəlir. Bu, ölkədə advermə ənənələrinin və geniş yayılmış soyadların təbii nəticəsidir.

Lakin rəqəmlərin arxasında daha ciddi bir məqam dayanır. Qloballaşan və rəqəmsallaşan dünyada şəxsiyyətin düzgün identifikasiyası təhlükəsizlikdən tutmuş hüquqi münasibətlərə, bank əməliyyatlarından sərhəd nəzarətinə qədər bir çox sahədə həlledici rol oynayır. Məhz buna görə də müasir identifikasiya sistemləri ad və soyadla yanaşı, unikal rəqəmsal məlumatlara əsaslanır. Eyni adlar çox ola bilər, amma hər bir insanın hüquqi kimliyi yalnız ona məxsus olmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Avqust 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri