Icma.az
close
up
RU
Pensiya yaşına çatmadan ölənlərin pulları hara gedir? AÇIQLAMA KONKRET

Pensiya yaşına çatmadan ölənlərin pulları hara gedir? AÇIQLAMA KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“Hər bir insanın əməkhaqqı məbləğindən asılı olaraq, hesabına vəsait yığılır. Biz təklif etmişdik ki, gəlin qanun layihəsi qəbul edək və vətəndaş yığılan vəsaitdən istifadə edə bilsin. O zaman dedilər ki, yox, bu mümkün deyil, bu vəsait dövlətn vəsaitidir. Bu dövlət vəsaiti deyil axı, vətəndaşın maaşından sığorta fonunda yığılmış kapitaldır”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında sabiq deputat Vahid Əhmədov deyib. O bildirib ki, vətəndaş pensiya yaşına çatmamış vəfat edərsə, onun ailə üzvləri, heç olmasa xanımı bu vəsaitdən istifadə edə bilməlidir:

“Bu məsələ çoxdan gündəmdədir. Mən Milli Məclisdə deputat olarkən, bir neçə dəfə pensiya kapitalı məsələsinə toxunmuşam. Çünki pensiya fondunda yığılan kapital, insanın əməkhaqqından toplanan vəsaitdir. Hər bir insanın əməkhaqqı məbləğindən asılı olaraq, hesabına vəsait yığılır. Biz təklif etmişdik ki, gəlin qanun layihəsi qəbul edək və vətəndaş yığılan vəsaitdən istifadə edə bilsin. O zaman dedilər ki, yox, bu mümkün deyil, bu vəsait dövlətn vəsaitidir. Bu dövlət vəsaiti deyil axı, vətəndaşın maaşından sığorta fonunda yığılmış kapitaldır. Elə adamlar var ki, onun 200-300 min manatlıq kapitalı yığılıb. Həmin vətəndaş pensiya yaşına çatmamış vəfat edərsə, onun ailə üzvləri, heç olmasa xanımı bu vəsaitdən istifadə edə bilməlidir”.

Vahid Əhmədov qeyd edib ki, ölkədə özəl pensiya fondlarının yaradılmasına da ehtiyac var:

“Faktiki olaraq, qanun layihəsi olmalıdır ki, vətəndaş sığorta kapitalından istədikləri formada istifadə edə bilsin. Eyni zamanda ölkəmizdə özəl pensiya fondlarının yaradılmasına da ehtiyac var. Dünyanın bir çox ölkəsində bu praktika var. Özəl pensiya fondlarının özlərinin faiz qaydaları və digər imkanları olur. Bu qanun layihəsi mütləq olmalıdır. Özəl pensiya fondları yaradılmalıdır ki, alternativ olsun. Bütün dünyada alternativ var və həmin fondlardan istənilən vətəndaş istifadə edə bilir”.

Qeyd edək ki, vəfat edən şəxsin sığorta məbləğinin ailəyə verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunması təklif olunub. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Əziz Ələkbərli çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Sentyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri