Neçə yaşdan sonra uşağa dondurma vermək olar?
Icma.az, Medicina portalına istinadən məlumat verir.
Uzman pediatr Züleyxa Ziyadova yay aylarında uşaqlara dondurma verilməsi ilə bağlı paylaşım edib.
Medicina.az xəbər verir ki, o, bildirib ki, dondurma yay aylarının ən sevilən qidalarından biridir və düzgün istifadə edildikdə uşaqlar üçün qadağan olunan məhsul deyil:
"Tərkibində süd, zülal, karbohidratlar və bəzi minerallar olduğu üçün enerji mənbəyi hesab olunur.
Lakin saxlanma şəraiti düzgün olmayan və ya açıqda satılan dondurmalar infeksiya və bağırsaq problemlərinə səbəb ola bilər. 1-1,5 yaşdan sonra isə uşaqlarda dondurma istifadəsi uyğundur. Dondurmanı çox soyuq halda deyil, bir qədər yumşaldıqdan sonra və yavaş-yavaş yemək daha məqsədəuyğundur.
Unutmayaq ki, dondurma təkbaşına xəstəlik yaratmır. Ancaq həddindən artıq soyuq qidaların qəbulu xüsusilə həssas və allergik uşaqlarda boğaz nahiyəsinin müdafiə mexanizmlərini zəiflədə bilər".
İndir
Aygün
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 12 Avqust 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















