Icma.az
close
up
RU
Nəcməddin Sadıkov Fazil Məmmədovdan nə xahiş edib? Şlyapa Zahid in məhkəməsi

Nəcməddin Sadıkov Fazil Məmmədovdan nə xahiş edib? Şlyapa Zahid in məhkəməsi

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

İş üzrə şahid qismində tanınan Mürsəl Əliyev bildirib ki, təqsirləndirilən şəxsi tanımır: “Təqsirləndirilən şəxslə tanışlığım yoxdur. Mən “Bakı” jurnalında baş mühasib vəzifəsində çalışmışam. Bir neçə dəfə “Şahin CO”nun hesabatlarını vermişəm. Sözügedən hesabatlar da boş hesabatlar olub. Şirkət fəaliyyət göstərmədiyi zaman boş hesabat verilir. Zahidi isə 3 dəfə görmüşəm. “Bakı” jurnalına hesabatları vermək üçün gələndə, Vergilər Nazirliyində və bir dəfə də DTX-də görmüşəm”.

Dövlət ittihamçısının “AES Kapital” MMC-nin yaradılmasında məqsədi barədə sualına cavab olaraq bununla əlaqəsi olmadığını bildirib.
Onun istintaqa verdiyi ifadə ilə indiki ifadə arasında ziddiyyət olub.
Məhkəmə onun ifadəsini elan edib.

O, ifadəsində bildirib ki, “AES Kapital” MMC Dəyanət Quliyev və Fərid Hüseynovun göstərişi ilə yaradılıb:
““Şahin CO”-ya kredit ayrılması Fazil Məmmədovun göstərişi ilə olub. Sabiq baş qərargah rəisi Nəcməddin Sadıkov Fazil Məmmədovdan bu barədə xahiş etmişdi. Ona kredit arılması üçün də bu MMC yaradıldı. Bunu yaratmaqda köməklik göstərmək mənə tapşırıldı. Kreditin ayrılması üçün mənim hazırladığım sənədlər banka göndərilib və kredit ayrılıb. Bir dəfə 10 milyon dollardan çox, 13,660,000 dollar və başqa əməliyyatlar həyata keçirilib. Daha sonra 7 milyon manat təsərrüfat məqsədilə nağdlaşdırılıb”.

Şahid ibtidai istintaqa verdiyi ifadəni təkzib edib. O, məhkəməyə verdiyi ifadəni təsdiqləyib.

Daha sonra iş üzrə növbəti şahid İltifat Ağayev ifadə verib.

Şahid ifadəsində 1997-2015-ci illərdə bankda müxtəlif vəzifələrdə işlədiyini, 2015-2017-ci illərdə isə bankın İdarə heyətinin formal üzvü olaraq çalışdığını bildirib:

“”Şahin CO”nun sadəcə, adını eşitmişəm, amma ordan kimləsə şəxsi tanışlığım olmayıb. Təqsirləndirilən şəxsi tanımıram. 2015-ci ilin sonundan başlayaraq banka kənardan müdaxilələr oldu. Bu qədər məbləğin qısa zaman ərzində verilməsi mümkün deyil. Bu məbləğin verilməsi üçün müəyyən proseslər həyata keçirilməli, mərhələli şəkildə işlər aparılmalıdır. Təcrübəmə əsasən deyə bilərəm ki, bu işə kənardan müdaxilə edilib”.

Şahid əlavə edib ki, kreditin ayrılması üçün onun da imzası olub: “İmzam olub, lakin mən İdarə Heyətinin formal üzvü olmuşam, fiziki olaraq iştirak etməmişəm. İmzalamışam, amma bu imzalanma müzakirədən 1-2 ay sonra olub. İmza atmağım mənim nöqsanımdır”.

Proses aprelin 2-də davam etdiriləcək.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.(APA)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Mart 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see250

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see204

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see175

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see174

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see169

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see161

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see151

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see136

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see132

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see130

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see128

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see125

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see124

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri