Icma.az
close
up
RU
“Nəcməddin Sadıkov milyonluq kreditin ayrılmasını Fazil Məmmədovdan xahiş etmişdi”

“Nəcməddin Sadıkov milyonluq kreditin ayrılmasını Fazil Məmmədovdan xahiş etmişdi”

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin (“Şlyapa Zahid”) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

İş üzrə şahid qismində tanınan Mürsəl Əliyev bildirib ki, təqsirləndirilən şəxsi tanımır: “Təqsirləndirilən şəxslə tanışlığım yoxdur. Mən “Bakı” jurnalında baş mühasib vəzifəsində çalışmışam. Bir neçə dəfə “Şahin CO”nun hesabatlarını vermişəm. Sözügedən hesabatlar da boş hesabatlar olub. Şirkət fəaliyyət göstərmədiyi zaman boş hesabat verilir. Zahidi isə 3 dəfə görmüşəm. “Bakı” jurnalına hesabatları vermək üçün gələndə, Vergilər Nazirliyində və bir dəfə də DTX-də görmüşəm”.

Dövlət ittihamçısının “AES Kapital” MMC-nin yaradılmasında məqsədi barədə sualına cavab olaraq bununla əlaqəsi olmadığını bildirib. Onun istintaqa verdiyi ifadə ilə indiki ifadə arasında ziddiyyət olub.

Məhkəmə onun ifadəsini elan edib.

O, ifadəsində bildirib ki, “AES Kapital” MMC Dəyanət Quliyev və Fərid Hüseynovun göstərişi ilə yaradılıb: “Şahin CO”ya kredit ayrılması Fazil Məmmədovun göstərişi ilə olub. Sabiq Baş qərargah rəisi Nəcməddin Sadıkov Fazil Məmmədovdan bu barədə xahiş etmişdi. Ona kredit ayrılması üçün də bu MMC yaradıldı. Bunu yaratmaqda köməklik göstərmək mənə tapşırıldı. Kreditin ayrılması üçün mənim hazırladığım sənədlər banka göndərilib və kredit ayrılıb. Bir dəfə 10 milyon dollardan çox, 13,660,000 dollar və başqa əməliyyatlar həyata keçirilib. Daha sonra 7 milyon manat təsərrüfat məqsədilə nağdlaşdırılıb”.

Şahid ibtidai istintaqa verdiyi ifadəni təkzib edib. O, məhkəməyə verdiyi ifadəni təsdiqləyib.

Daha sonra iş üzrə növbəti şahid İltifat Ağayev ifadə verib.

Şahid ifadəsində 1997-2015-ci illərdə bankda müxtəlif vəzifələrdə işlədiyini, 2015-2017-ci illərdə isə bankın İdarə heyətinin formal üzvü olaraq çalışdığını bildirib: “Şahin CO”nun sadəcə, adını eşitmişəm, amma ordan kimləsə şəxsi tanışlığım olmayıb. Təqsirləndirilən şəxsi tanımıram. 2015-ci ilin sonundan başlayaraq banka kənardan müdaxilələr oldu. Bu qədər məbləğin qısa zaman ərzində verilməsi mümkün deyil. Bu məbləğin verilməsi üçün müəyyən proseslər həyata keçirilməli, mərhələli şəkildə işlər aparılmalıdır. Təcrübəmə əsasən deyə bilərəm ki, bu işə kənardan müdaxilə edilib”.

Şahid əlavə edib ki, kreditin ayrılması üçün onun da imzası olub: “İmzam olub, lakin mən İdarə Heyətinin formal üzvü olmuşam, fiziki olaraq iştirak etməmişəm. İmzalamışam, amma bu imzalanma müzakirədən 1-2 ay sonra olub. İmza atmağım mənim nöqsanımdır”.

Proses aprelin 2-də davam etdiriləcək.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Zahid Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Zahid Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATA Bank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb./APA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 13 Mart 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see278

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see264

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see212

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see204

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see182

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see179

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see160

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see156

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see149

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see148

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri