Icma.az
close
up
RU
Nəcməddin Sadıkovun oğlunun biznes ortağı yenidən MƏHKƏMƏ QARŞISINDA

Nəcməddin Sadıkovun oğlunun biznes ortağı yenidən MƏHKƏMƏ QARŞISINDA

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Bakıda 3 nəfərə qarşı xüsusi ilə külli miqdarda dələduzluqda təqsirləndirilən Azər Əsgərovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.
Bizim.Media xəbər verir ki, şikayət Ali Məhkəmədə araşdırılacaq.
Qeyd edək ki, Azər Əsgərov Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq; xüsusi ilə külli mqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Azər Əsgərovun iş qurmaq adı ilə 3 nəfərə qarşı dələduzluq etdiyi bildirilir. Zərərçəkənlərdən iki nəfəri Türkiyə vətəndaşıdır. Ümumi dəymiş ziyan isə 2 270 746 manatdır.
 

Xatırladaq ki, mətbuatda yayılan məlumata görə, Azər Əsgərov Prezident Administrasiyasının məsul işçisi olan Arif Novruzovun kürəkəni olub. Bir neçə rayonun kuratoru kimi çalışan Arif Novruzovun işdən çıxarılmasına səbəb də elə kürəkəninin onun adından dələduzluq etməsi olub.


O, həmin vaxt 4 nəfərə qarşı 500 min manatdan çox dələduzluqda ittiham edilirdi. Azər Əsgərov ötən ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Həmin vaxt Azər Əsgərov türkiyəli həmtəsisçiləri ilə birgə ölkədə yetişdirilən pambıq məhsullarının emalı üçün fabrik quracağına, sərmayə qismində pul yatıracağı halda fabrikin fəaliyyəti ilə əlaqədar əldə olunan gəlirdən ona da mənfəət verəcəyinə dair yalan vəd verib, daha bir tanışından 224 min manat alaraq geri qaytarmayıb.
Başqa bir tanışına isə Azər Əsgərov yalan vədlər verərək ona topdansatış qiymətinə “İPhone” markalı mobil telefon alıb səyyar qaydada satışını həyata keçirməklə gəlir verəcəyini bildirərək 58 min manatını ələ keçirib.
Bundan başqa, Azər Əsgərov digər şəxsdən Türkiyədə tekstil fabriki qurulması adı ilə 119 000 manat təşkil edən 70 000 ABŞ dolları məbləğində pulu hissə-hissə alaraq ələ keçirib.
Qeyd: Azər Əsgərovun qayınatası Arif Novruzov onu həbsdən azad eləməyə cəhd göstərərkən özü dələduzluğun qurbanı olub və adı cinayətdə hallandığı üçün vəzifəsini itirib. Belə ki, Arif Novruzov həbsdə olan kürəkəninin azadlığa buraxılması üçün özlərini səlahiyyətli şəxs kimi təqdim edən şəxslərə 100 min manat verib. Lakin pulu alan şəxslərin yalanı sonradan üzə çıxıb və onlar tutularaq məsuliyyətə cəlb edilib.
Arif Novruzov bu hadisələrdən sonra xəstəlik səbəbindən vəfat edib.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmişlərdən ikisinin (mülki iddiaçılar) apellyasiya şikayəti qismən təmin olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü dəyişdirilib.


İş üzrə mülki iddiaçılar olan 2 şəxsin mülki iddiaları təmin edilib. Belə ki, iş üzrə mülki cavabdeh Azər Əsgərovdan 2 270 746 manat məbləğində maddi ziyan, həmçinin 1926 manat məbləğində dövlət rüsumu alınaraq zərərçəkmiş şəxslərə verilməsi barədə qərar çıxarılıb. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb. (Pravda.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Yanvar 2026 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri