Icma.az
close
up
RU
“Nəcməddin Sadıkovun sağ əli idi, amma...” Mərhum generalla bağlı maraqlı FAKTLAR

“Nəcməddin Sadıkovun sağ əli idi, amma...” Mərhum generalla bağlı maraqlı FAKTLAR

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Azərbaycan Ordusunun mərhum general-mayoru Aleksandr Vasyakın anım günüdür. Onun ölmümdən 4 il ötür.

“Yeni Sabah” generalla bağlı maraqlı məlumatları təqdim edir.

Uzun illər Azərbaycan Ordusunda müxtəlif vəzifələrdə xidmət keçmiş Aleksandr Petroviç Vasyak 1954-cü il noyabrın 26-da Rusiyanın Leninqrad şəhərində anadan olub. O, birinci Qarabağ müharibəsinin ilk illərində ön cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mənfur erməni-rus birləşmələrinə qarşı döyüşlərində yuxarı komandanlığın nümayəndəsi kimi döyüş əməliyyatlarının idarə olunmasında aktiv iştirak edib. A.Vasyak həmçinin 1992-ci ildə Ağdərə istiqamətində ermənilərə qarşı uğurlu əməliyyatlarda şəxsən iştirak edib. General birinci Qarabağ müharibəsindən sonra Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi, Hərbi Elmi Mərkəzində məsul vəzifədə çalışıb. Ordudan təxris olunduqdan sonra Ukraynada yaşayıb. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov onu Bakıya çağıraraq nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifəsinə təyin etmişdi.

A.Vasyak bir müddət əvvəl yenidən ordu sıralarından təxris olunaraq bu dəfə Rusiya Federasiyasının Kaluqa şəhərinə, ailə üzvlərinin yanına getmişdi.

O, 2021-ci il noyabrın 21-də Rusiyanın Kaluqa şəhərində uzun sürən xəstəlikdən vəfat edib. Noyabrın 23-də Bakıda dəfn olunub.

Hərbi bloqçu Tofiq Şahmuradovun sözlərinə görə, A.Vasyak milliyətçə rus yox ukraynalıdır.

A.Vasyakın Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu xatırladan T.Şahmuradovun sözlərinə görə, o, 703 saylı hərbi hissədə əməliyyat bölmə rəisi olub:  

“Sonra Müdafiə Nazirliyinin Baş əməliyyat idarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu. Uğurlu Horadiz əməliyyatından sonra general-mayor rütbəsi alıb.

Vasyakla birinci müharibəni keçən (köhnə döyüşçülər) zabit heyəti onun haqqında çox yüksək fikirdədirlər. Bu zabitlərin arasında Vətənimizə, ordumuza şərəflə xidmət etmiş, sanballı komandirlər də var. Onların fikri belədir ki, Aleksandr Vasyak bizlə ciyin-ciyinə döyüşüb, onun müharibədə necə iştirak etdiyin biz bilirik”.

Hərbi blokçunun sözlərinə görə, general-polkovnik Səfər Əbiyev müdafiə naziri işlədiyi dövrdə A.Vasyakı Əməliyyat baş idarəsinin rəisi vəzifəsindən azad edib və pensiyaya göndərib: “Aleksandr Vasyak qısa müddətdə vəzifədə qalıb. İşdən çıxarıldıqdan sonra səhhətində yaranan problemlərlə bağlı çox ağır günlər keçirdib, ciddi maddi ehtiyyacları olub, yoxsul həyat yaşıyıb. Həmən vaxtı ona 703-dən döyüş yoldaşları və Azərbaycan Ordusunun Baş Qərargah rəisi Nəcməddin Sadıkov maddi-mənəvi köməkliklər göstəriblər.

Özü bir məsələ danışmışdı. Deyirdi ki, Yeni il günü idi, “Nizami” metrosunun yaxınlığında evində imiş, evdə bayramı qeyd etməyə bir çöp də olmayıb, axşam tərəfi qapı döyülüb, qapını özü açıb görür ki, 703 saylı hərbi hissədən zabit yoldaşı böyük bir səbət bazarlıq gətirib. Vasyak kövrəlir, anasın səsliyir və deyir ki, bəs bayaq Allahın olmadığını söyləyirdin, budur Allah göndərib”.

T.Şahmuradov hesab edir ki, Azərbaycanda gənc nəslin Nəcməddin Sadıkov, Aleksandr Vasyak kimilərinə münasibəti tam fərqlidir: “O cümlədən müharibədən sonra orduya gələn gənc nəsil zabitlərin. Vasyakın Birinci Qarabağ müharibəsi ilə bağlı fəaliyyətinə qiymət verə bilmərəm, çünki danışılanlar əsasında məlumat sahibiyəm.

Səfər Əbiyev müdafiə naziri vəzifəsindən azad olunandan bir qədər sonra Ukraynada yaşayan Aleksandr Vasyak yenidən orduya çağırıldı. Amma ikinci dönəm fəaliyyəti ilə bağlı kifayət qədər məlumatlıyam. O, Nəcməddin Sadıkovun sağ əli idi, Nəcməddinin Baş Qərargah rəisi kimi bir çox işlərin o görürdü. Ola bilər ki, Nəcməddin ona tam inandığı və işlərin yüngülləşdirmək üçün bəzi işlərin ona həvalə eləmişdi.

Məsələn, cəbhə xəttində yerləşən strateji əhəmiyyətli hərbi hissəyə komandir təyin olunması üçün təqdimatı verilən zabitlərlə söhbətləşməni Aleksandr Vasyak aparırdı, o dedisə yaramır, həmin adamın kitabı bağlanırdı.

Korpusun qərargah-rəisi vəzifəsində təyinatlarada Vasyakın rəyi əhəmiyyətli idi.

Baş Qərargah rəisinin tabeçiliyində və ona aid olan işləri Aleksandr Vasyak aparırdı.

Adam həm Baş Qərargah rəisinin katibliyinə, həm də Baş Qərargah rəisinin yanında Kordinasiya İdarəsinə nəzarət edirdi.

Nəcməddin Sadıkovun ətrafında olan Elxan Məcidov, “Şlyapa Zahid” ləqəbli Zahid Niftəliyev, Nəcməddin Sadıkovun general-mayor rütbəli bacısı oğlu Ramin Əsgərov pul məsələrin həll edirdi. Aleksandr Vasyakın kimdənsə pul alıb, yaxşı deməsin eşitməmişəm açığı. Ümumiyyətlə, pula meyilli insan olmayıb. Nəcməddin Sadıkova çox yaxın olub, o birilərinə nisbətdə ən kasıbı Vasyak idi. Qazanmağına buda qazanırdı, amma o birilər kimi biznesmen deyildi.

Ola bilər Vasyak 1990-cı illərin əvvəlində çox savadlı zabit olub, onu tərifləyən dostlarımı da anlıyıram. Həmən vaxt bizdə barmaqla sayılacaq əməliyyat zabiti olub.

Vasyak Birinci Qarabağ müharibəsində əməliyyatçı kimi fərqlənib, amma muasir döyüş əməliyyatlarının planlaşdırılması-aparılması onluq deyildi. Həm də artıq yaşlanmışdı.

Son dövrlər çıxıb getmək istiyirdi, səhhətində problemlər vardı, Nəcməddin Sadıkova olan borcuna görə qalmışdı, arada çıxıb korpusları yoxluyub, gəzirdi onda görmüşdüm onu. 2019-cu ildə korpuslarda snayper bölüklərinin ləğv olunması ilə bağlı qeyri-rəsmi əmri onun verdiyi deyilirdi. Bəlkə də onun üstünə atdılar.

Aleksandr Vasyak agent olub, Rusiyaya işliyib kimi sözləri qətiyyətlə deyə bilmərəm, çünki bununla bağlı əlimdə fakt yoxdu. Amma ikinci qayıdışında təmsil olunduğu qruplaşma orduya ciddi ziyan vurduğu ortadadır”.

Onun sözlərinə görə, A.Vasyak vəfat edəndə Azərbaycanda Şəhidlər xiyabanında dəfn olunmağı vəziyyət edibmiş: “Ona görə də cənazəsi Bakıya gətirilib dəfn olunub”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 Noyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri