Nəfəs ritmimiz barmaq izimiz kimi unikal imiş
Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Alimlər müəyyən ediblər ki, insanın nəfəs alma ritmi barmaq izi kimi unikaldır və hər bir fərd üçün fərqli nəfəs modeli mövcuddur.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma zamanı könüllülər burun vasitəsilə nəfəs alarkən hava axınını qeydə alan sensorlar taxıblar. Bu cihazlar 24 saat ərzində nəfəs göstəricilərini toplayıb. Toplanan məlumatlar əsasında alimlər nəfəsin dərinliyi, fasilələr və burun dəlikləri arasındakı fərqlər kimi onlarla parametri təhlil ediblər.
Tədqiqatın nəticələrinə görə, hazırlanmış alqoritm insanları təxminən 97 faiz dəqiqliklə tanıya bilib. Üstəlik, bu dəqiqlik uzun müddət sonra da qorunub saxlanılıb.
Mütəxəssislər hesab edir ki, nəfəs ritmi gələcəkdə biometrik identifikasiya üsulu kimi istifadə oluna bilər.
Baxış sayı:115
Bu xəbər 17 Aprel 2026 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















