Icma.az
close
up
RU
Hər nəfəs bir barmaq izi kimidir Araşdırma

Hər nəfəs bir barmaq izi kimidir Araşdırma

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Tədqiqatın həmmüəllifi, neyrobioloq Noam Sobel bildirib ki, nəfəsalma prosesi beynin müxtəlif sahələri ilə koordinasiyalı şəkildə idarə olunur

Alimlər müəyyən ediblər ki, insanların nəfəsalma tərzi hər kəs üçün özünəməxsusdur və bu xüsusiyyət gələcəkdə sağlamlıq problemlərinin aşkarlanmasında yeni diaqnostik vasitəyə çevrilə bilər.

Sherg.az xəbər verir ki, araşdırma zamanı tədqiqatçılar yalnız nəfəsalma nümunələrinə əsaslanaraq insanları 96,8 faiz dəqiqliklə müəyyənləşdirə biliblər. Məlum olub ki, nəfəsalma formaları insanın həm fiziki, həm də psixoloji vəziyyəti ilə sıx əlaqəlidir.

Tədqiqatın həmmüəllifi, neyrobioloq Noam Sobel bildirib ki, nəfəsalma prosesi beynin müxtəlif sahələri ilə koordinasiyalı şəkildə idarə olunur. Danışıq, hərəkət, emosiyalar və yaddaşla bağlı beyin bölgələri bu prosesdə iştirak edir.

Araşdırma çərçivəsində 100 sağlam könüllü 24 saat ərzində burun vasitəsilə nəfəs axınını ölçən xüsusi cihaz taxıb. Süni intellekt dəstəyi ilə aparılan analizlər hər bir insanın nəfəsalma modelinin unikal olduğunu göstərib.

Mütəxəssislər müəyyən ediblər ki, bəzi nəfəsalma xüsusiyyətləri bədən kütlə indeksi, yuxu rejimi, depressiya və narahatlıq səviyyəsi ilə əlaqəlidir. Məsələn, yüksək narahatlıq göstəricilərinə malik şəxslərdə yuxu zamanı daha qısa nəfəs dövrləri və nəfəslər arasındakı fasilələrin daha dəyişkən olduğu müşahidə edilib.

Alimlər hesab edirlər ki, gələcəkdə nəfəs analizləri müxtəlif xəstəliklərin erkən diaqnostikası üçün istifadə olunacaq. Onlar həmçinin nəfəsalma vərdişlərinin dəyişdirilməsinin beynin fəaliyyətinə və psixoloji vəziyyətə təsir göstərib-göstərmədiyini araşdırırlar.

Tədqiqat müəlliflərinin fikrincə, əgər müəyyən nəfəsalma formaları depressiya və ya narahatlıqla əlaqəlidirsə, xüsusi nəfəs texnikalarının öyrədilməsi bu problemlərin azaldılmasına kömək edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 İyun 2026 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see280

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see273

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see263

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see260

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see250

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see250

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see245

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see238

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see237

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see229

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see229

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see226

Çox qısa və çox uzun yuxu sürətlənmiş qocalma əlamətləri ilə əlaqələndirilib

21 Sentyabr 2026 21:06see211

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see209

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see205

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see203

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see200

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see191

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see185

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri