Icma.az
close
up
RU
Nəfəskəsən sıxlıq Bakı metrosuna qayıdır

Nəfəskəsən sıxlıq Bakı metrosuna qayıdır

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-2026-cı tədris ilinin başlamasına 1 aydan da az müddət qalır. Artıq tələbə adını yeni qazanan dünənin şagirdləri ölkənin hər tərəfindən paytaxta axışırlar. Onların ən çox istifadə etdiyi nəqliyyat metrodur.

Bu il ali təhsil müəssisələrinə ixtisas seçimində 86 min 461 ərizə təsdiqlənib. Azərbaycanda ali təhsil müəssisələrinin az qala 80 faizinin Bakıda yerləşdiyini nəzərə alsaq, ümumilikdə 60-70 min tələbənin paytaxta üz tutacağı bəlli olur. Əksər tələbələrin gündəlik olaraq metrodan istifadə etdiyi də kimsəyə sirr deyil.

Bakı metrosunda indidən sərnişin sıxlığı artıq hiss olunur. Təxminən 20-25 gündən sonra məktəblər və universitetlər açıldıqda vəziyyət daha da gərginləşəcək.

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, Bakıda ictimai nəqliyyata tələbat həddindən artıq çoxdur: “Bu gün mövcud imkanlar bu tələbi qarşılamır. Bakı kimi böyük şəhərin metropoliteni cəmi 25 stansiyadan ibarətdir. Müqayisə üçün Avropada və Yaponiyada Bakı qədər əhalisi olan şəhərlərdə stansiyaların sayı 200-ü də keçir”.

Ərşad Hüseynov hesab edir ki, metro həm təhlükəsizlik, həm də rahatlıq baxımından Bakının ən güvənilən nəqliyyat vasitəsidir: “Qatar qrafikdən yayınmasa, yayda yerin altı sərindir, qışda isə isti olur. Ona görə də sərnişinlər imkan düşdükdə metronu seçirlər. Avtobus nəqliyyatı isə problemlərlə doludur. Qrafik tez-tez pozulur, avtobuslar gecikir, insanlar qapılardan sallanır”.

Ekspert sıxlığın metro stansiyalarının sayının artırılması ilə aradan qaldırılacağına deyir: “Bunun üçün metrodakı xətlərin bir-birindən ayrılması, ayrıca depoların yaradılması, qatarların daha qısa intervallarla hərəkəti, avtobusların sayının çoxaldılıb dəqiq qrafiklə işləməsi və şəhərətrafı qatarlardan aktiv istifadə vacibdir. Bütün bunlar hər biri öz sırası ilə edilsə, fikrimcə şəhərdə sıxlıq çox azalacaq”.

Ərşad Hüseynov xatırladıb ki, bu ilin əvvəlində metro ilə bağlı 5 illik proqram qəbul olunub. Sənədə əsasən, yaxın illərdə 10 yeni stansiya istifadəyə veriləcək, qırmızı və yaşıl xətlər ayrılacaq, yeni depo tikiləcək: “Əlbəttə, 35 stansiya da Bakının tələbatı üçün kifayət deyil. Amma bu, mühüm addımdır. Əgər stansiyaların sayı 100-dən çox olsaydı, metronun işində sıxlıq tək-tük hallarda müşahidə edilərdi”.
Ekspertin sözlərinə görə, yerüstü nəqliyyatla metro bir-birini tamamladığı halda, həm sıxlıq azalacaq, həm də şəhər küçələrində tıxaclar aradan qalxar.(musavat)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Avqust 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri