Icma.az
close
up
RU
Nəfs solundadır, ağıl sağında ... Müharibə iştirakçısı iş yoldaşını aldadıb, pulunu mərc oyununa köçürdü

Nəfs solundadır, ağıl sağında ... Müharibə iştirakçısı iş yoldaşını aldadıb, pulunu mərc oyununa köçürdü

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Babək prospektində yerləşən “Şassi” avtomobil ehtiyat hissələri mağazasının qarşısında avtomobillərin parklanmasına nəzarət edən gənc iş yoldaşından xahiş edib ki, onun mobil telefonuna sosial şəbəkədən mahnılar yükləsin. Nəticədə iş yoldaşı onun maaş kartında olan 1000 manat pulu oğurlayıb.

Bizimyol.info xəbər verir ki, oğurluqda təqsirləndirilən şəxs əməlini etiraf edir. O bildirib ki, avtomobil ehtiyat hissələri mağazasında mühafizəçi işləyib. Günün birində zərərçəkən iş yoldaşı ona yaxınlaşıb xahiş edib ki, sosial şəbəkədən mahnılar yükləməyə kömək eləsin. Mahnılar yukləyəndə telefonda onun adına olan “PaşaBank”a aid kart şəklini görüb. Telefonun sahibi kənarda olduğuna görə fürsətdən istifadə eləyib, kartın üstündəki 16 rəqəmi öz mobil telefonundan “misli.az”da “Cavid Abdullayev” adı ilə qeydiyyatdan keçdiyi hesaba daxil olub, orada mərc oyununa 1000 manat pul köçürüb. Daha sonra telefonu sahibinə qaytarıb.

Zərərçəkmiş isə bir müddət sonra terminalda kartından 20 manat pul çıxarmaq istəyəndə görüb ki, kartında o qədər vəsait yoxdur. Bu zaman hesabını yoxlayıb, mobil tətbiqdən yoxlayanda görüb ki, onun pulu “misli.az”da mərc oyununa köçürülüb. Bundan sonra məsələnin araşdırılması üçün polis idarəsinə şikayət edib. Onun sözlərinə görə, telefonunu mahnı yükləməyə verəndə kart hesabında 1019 manat pul var idi.

Zərərçəkmişə dəymiş ziyan sonradan tam ödənilib. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən bunu, həmçinin təqsirləndirilən şəxsin 2020-ci ildə Vətən müharibəsində iştirakını və “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alıb. Ona 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Avqust 2025 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see205

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see166

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see161

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri