Icma.az
close
up
RU
Menu

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

Azərbaycanda dollara tələbat azalıb

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

Neft Daşları dünyada ilk polad neftçilər adası

Neft Daşları dünyada ilk polad neftçilər adası

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

76 il əvvəl işə salınmış dəniz mədənində 181,8 milyon ton neft və 14,2 milyard kubmetr qaz hasil edilib

Noyabrın 7-si dünya dəniz neft sənayesinin beşiyi sayılan “Neft daşları” yatağının istismara verilməsinin 76-cı ili tamam olur. 1949-cu ilin soyuq payız günlərinin birində Xəzərin coşqun dalğalarını ram edən qəhrəman Azərbaycan neftçilərinin gərgin əməyi öz bəhrəsini verdi. Həmin dövr üçün əsl möcüzəyə bərabər ilk dəniz quyusu fontan vurdu, “Qara daşlar”ın köksünü dəlib çıxan “qara qızıl” çətin dəniz şəraitində gecə-gündüz yorulmaq bilmədən çalışan neftçilərin üzünü ağartdı. Bununla da dünyada ilk dəfə açıq dənizdə neftçıxarmanın əsası qoyuldu.

Zaman keçdikcə insan zəkasının şah əsəri olan Neft Daşları “möcüzələr adası”, “dünyanın səkkizinci möcüzəsi” kimi dəyər qazanır. Yeri gəlmişkən, Neft Daşları polad dirəklər üzərində salınmış ilk neft şəhəri kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. Avropada ilk dəfə olaraq dərinliyi 3 min 183 metr, mailiyi 2 min 40 metr olan quyu isə qazma sürətinə görə rekord qazanıb.

Xatırladaq ki, “Neft daşları” yatağı Xəzər dənizində, Bakı şəhərindən 110 kilometr şərqdə, Pirallahı qəsəbəsindən 50 kilometr cənub-şərqdə yerləşir. Burada ilk kəşfiyyat quyusunun qazılmasına 1949-cu il iyunun 24-də başlanıb. İstismar müddətini başa vurmuş “Çvanov” gəmisinin qrunta batırılması yolu ilə yaradılmış süni buxtadan 942 metr dərinliyə, Qala lay dəstəsinə qazılan quyu noyabr ayının 7-də gündəlik 100 ton debitlə istismara saxil edilib. Beləliklə, Azərbaycanın möcüzə yaradan neftçiləri “Qara Daşlar”ın əsrlər boyu gizlətdiyi sirrin üstünü açmağa müvəffəq olublar.

1949-cu ilin soyuq, küləkli dekabr günlərində ilk quyunun buruğunu növbəti qazma sahəsinə keçirən neftçilər böyük çətinliklə üzləşirlər. İlk baxışdan quyunun qazılmasına hazırlıq işləri olduqca çətin görünsə də, peşəkar neftçilərimiz bunun da öhdəsindən gəlirlər. Tanınmış neft mütəxəssisləri Sabit Orucov, Ağaqurban Əliyev və məşhur qazmaçı Yusif Səfərovun təklifi ilə əlavə xərclərə və işçi qüvvəsinə yol vermədən əraziyə daha 6 köhnə gəmi gətirilərək burada süni ada yaradılır. Beləliklə, sonradan neftçilərin “Yeddi gəmi adası” adlandırdıqları ərazidə ikinci kəşfiyyat quyusunun qazılmasına başlanılır.

1950-ci ilin ilk yarısında bu quyunun da uğurla istismara daxil edilməsi ilə “Neft daşları” dəniz rayonunda karbohidrogen ehtiyatlarının mövcudluğu tam sübuta yetirilir. Bununla da yataqda kəşfiyyat-qazma və tikinti işləri geniş vüsət alır. 1951-ci il fevralın 18-də isə neftlə dolu ilk tanker sahilə yola salınır. Beləliklə, neftçilərin məskunlaşdığı 14 kvadratmetr sahəsi olan evcikdə, insan zəkasının məhsulu olan süni adada yaşayan və dəniz inşaatçıları tərəfindən quraşdırılmış qazma kəşfiyyat qurğusunda çalışan neftçilərin misilsiz şücaəti, fəhlələrin, ustaların, mühəndislərin və digər xidmət sahələri işçilərinin fədakar əməyi sayəsində fırtınalı dəniz insan iradəsinə təslim olur. Xəzərin qoynunda polad dirəklər üzərində salınmış gözoxşayan estakadalar Azərbaycan neftçiləri üçün əsl sınaq, hünər meydanına çevrilir. Neft sənayesi inşaatçılarının gərgin əməyi sayəsində burada 200 kilometrə yaxın estakada, 333 istehsalat meydançası tikilib, 100 kilometrlərlə neft, qaz və su kəmərləri çəkilib.

Burada bir-birinin ardınca qazılan quyular istismara verildikcə Azərbaycanda neft hasilatı kəskin artmağa başlayıb. “Neft daşları” yatağında ən böyük hasilat isə 1967-ci ildə qeydə alınıb. Həmin il burada 7,6 milyon ton neft çıxarılıb. Bütövlükdə isə, işlənmənin əvvəlindən indiyədək “Neft daşları” və yaxınlıqdakı “Palçıq pilpiləsi” yataqlarında 2300-dan çox quyu qazılıb. Hasilata başlandığı vaxtdan 2025-ci il noyabrın 1-dək bu yataqlardan 181,8 milyon ton neft və 14,2 milyard kubmetr qaz hasil edilib.

Ötən əsrin 70-ci illəri isə “Neft daşları” yatağının inkişafında “qızıl dövr” kimi xarakterizə olunur. Həmin dövrdə üç dəfə “möcüzələr adası”na səfər edən ümummilli lider Heydər Əliyev Neft Daşlarını Azərbaycanın çoxmillətli zəhmət adamlarının əmək qəhrəmanlığına ucaldılmış möhtəşəm abidə kimi dəyərləndirib. Təsadüfi deyil ki, burada qazanılmış zəngin təcrübə sonralar “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının kəşf olunmasına imkan yaradıb. Müstəqillik illərində isə Azərbaycan hökumətinin xarici neft şirkətləri ilə bilikdə istismara daxil etdiyi bu yataqlar Azərbaycanın gələcək iqtisadi inkişafı üçün etibarlı baza yaradıb.

Prezident İlham Əliyev də Neft Daşlarını Azərbaycan dövlətinin, xalqımızın ayrılmaz bir dəyəri, çox gözəl inkişaf nümunəsi kimi xarakterizə edib. Təsadüfi deyil ki, dövlətimizin başçısının 2019-cu il noyabr ayının 6-da “Neft daşları” yatağının istismara verilməsinin 70 illiyi münasibətilə Azərbaycan neftçilərinə ünvanladığı təbrikində deyilir: “Hazırda dünyada karbohidrogen hasilatının əsas hissəsi dəniz akvatoriyalarının payına düşür və dənizlərin dərinlikləri fəth olunmaqdadır. Fəxr edirik ki, həmin proseslərin mənbəyi bizim əfsanəvi Neft Daşlarıdır”.

Neft Daşları hazırda Azərbaycanın digər neft yataqlarını birləşdirən strateji kommunikasiya və infrastruktur mərkəzi rolunu oynayır. Təkcə onu qeyd etmək kifayətdir ki, “Abşeron” platforması buradan idarə olunur. Bununla yanaşı, SOCAR-ın neft-qaz hasilatının, təqribən, 70 faizi sahilə məhz Neft Daşlarından ötürülür.

Azərbaycan dəniz neft sənayesinin flaqmanı sayılan “Neft daşları” yatağı işlənmənin son mərhələsində olmasına baxmayaraq, burada ehtiyatlar hələ tükənməyib. Mütəxəssislərin fikrincə, hazırda “Neft daşları” yatağı üzrə 210 milyon ton qalıq ehtiyatlar mövcuddur ki, bunun da 18-20 milyon tonunun çıxarılması mümkün hesab olunur. Bununla belə, gələcəkdə yeni texnologiyaların tətbiqi vasitəsilə qalıq ehtiyatların çıxarılma nisbətinin yüksələ biləcəyi də ehtimal olunur. Məhz buna görə də ölkə Prezidenti İlham Əliyev bir neçə il bundan qabaq “Neft daşları” yatağında illik hasilatın 1,2 milyon tona çatdırılmasını neftçilərin qarşısında mühüm bir vəzifə kimi qoyub. Dövlət başçısının tapşırığından irəli gələn məsələlərin həlli istiqamətində görülən işlərin nəticəsidir ki, qocaman “Neft daşları” yatağı indi özünün yeni yüksəliş dövrünü yaşayır. Artıq burada gün ərzində orta hesabla 3 min 300 ton neft çıxarılır ki, bu da son 34 ildə qazanılan ən yüksək göstəricidir.

Bu gün “möcüzələr adası”nda çalışan 4 minədək insanın normal yaşayışı və fəaliyyəti üçün hər şey var. Ən başlıcası isə, çətin dəniz şəraitində çalışan neftçilər getdikcə artmaqda olan dövlət qayğısını daha çox hiss edirlər. Bütün bunlar şərəfli peşə sahiblərində ölkənin, onun neft sənayesinin gələcək inkişafına inamı artırır, onları yeni-yeni nailiyyətlərə ruhlandırır

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 08:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see515

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

01 Avqust 2026 10:11see392

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

31 İyul 2026 11:45see341

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see324

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see308

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see296

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see279

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see277

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see247

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

31 İyul 2026 19:34see232

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see202

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see192

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see191

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

31 İyul 2026 21:33see189

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

31 İyul 2026 18:11see188

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see184

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

31 İyul 2026 10:15see183

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

31 İyul 2026 19:22see180

Azərbaycanda dollara tələbat azalıb

31 İyul 2026 10:18see180

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

01 Avqust 2026 00:25see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri