Neft Daşlarında faciə Ölən var
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
“Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşüb.
Modern.az xəbər verir ki, bu barədə “Report”a SOCAR-ın “Azneft” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, bu gün saat 16:25 radələrində “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma sahəsində “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti quraşdırma bölümü tərəfindən aparılan təmir işləri zamanı “Libher Gravleer” markalı tırtıllı kran tarazlığını itirərək dənizə düşüb.
Hadisə nəticəsində kranın maşinisti Tağıyev Zahid Ramazan oğlu həyatını itirib.
Mərhumun nəşi saat 18:10 radələrində tibbi təyinatlı helikopterlə sahilə çıxarılıb.
Baxış sayı:123
Bu xəbər 18 Mart 2025 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















