Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 167 mlrd. manata yaxınlaşıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 30 sentyabr tarixinə ümumi 166 792,7 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.
Bu barədə "APA-Economics" Dövlət Neft Fonduna istinadən xəbər verir.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 10 860,8 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.
Əlavə etmək lazımdır ki, 2025-ci il sentyabr ayının 30-na ARDNF-nin aktivləri cari ilin əvvəlinə (60 031,4 milyon ABŞ dolları) nisbətən 16,9% artaraq 70 161,7 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 04 Noyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















