Icma.az
close
up
RU
“Neft gəlirləri artacaq, amma qeyri neft sektoru daha da inkişaf etməlidir” Natiq Cəfərli

“Neft gəlirləri artacaq, amma qeyri neft sektoru daha da inkişaf etməlidir” Natiq Cəfərli

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan neftinin qiymətinin 73 dolları ötməsi ölkə iqtisadiyyatı üçün mühüm bir göstərici sayılır.

Neftin qiymətində baş verən dəyişikliklər hər zaman büdcə gəlirləri, makroiqtisadi sabitlik və iqtisadi inkişafın ümumi istiqamətlərinə təsir göstərir.

Neftin qiymətinin artması Azərbaycan iqtisadiyyatına hansı qısamüddətli və uzunmüddətli təsirləri göstərə bilər?

Büdcə gəlirlərinə bu artım necə əks olunacaq və dövlətin əlavə gəlirləri hansı istiqamətlərə yönəldilə bilər?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı Natiq Cəfərli mövzunu belə şərh edib:

“Neftin qiymətinin günlük və həftəlik artımı və azalması o qədər də ciddi bir məsələ deyil. Doğrudur, hər bir dollar belə neftin qiymətinin artması Azərbaycan üçün müsbət haldır.

Azərbaycanın icmal büdcəsindən Neft Fonduna daxil olan vəsaitlərə müsbət təsir göstərir, gəlirlərimiz artır.

Amma buna həftəlik və ya günlük baxmaq doğru deyil. Yəni, rüblük, altı aylıq və illik baxılması daha doğrudur”.

İqtisadçı vurğulayır ki, bu il Azərbaycanın neftinin qiyməti icmal büdcədə 70 dollar götürülüb:

“Hazırda qiymət də həmin civardadır. Əvvəllər bundan aşağı aylar da olub – 65, 66, 67 dollar olan vaxtlar da müşahidə edilib. İllik ortalamada isə 70 dollar civarındadır və bu, yaxşı haldır.

Bu o deməkdir ki, icmal büdcə öz öhdəliklərini yerinə yetirə biləcək. Neftin qiyməti gələn il isə büdcədə daha aşağı götürülməsi planlaşdırılır. Belə ki, 65 dollardan götürülməsi nəzərdə tutulur.

Bu da doğru yanaşmadır. Çünki neftin qiyməti gələn il geosiyasi gərginliklər azalacaqsa, ucuzlaşması gözləniləndir. Yəni, ola bilər ki, qiymət ucuzlaşsın”.

İqtisadçı bugünkü qiymətlərin yüksəlməsinin əsas səbəbinin geosiyasi gərginliklərin olduğunu bildirdi:

“Yenə də Azərbaycan nefti nə qədər baha satılarsa, bu, ölkə üçün müsbət haldır.

Bütün bunlara baxmayaraq, Azərbaycan qeyri-neft sektorunun inkişaf etdirilməsi yolunda daha ciddi addımlar atmalıdır. Çünki ölkənin neftdən və neft gəlirlərindən asılılığı kifayət qədər yüksəkdir.

Ona görə də neftin qiymətindən asılı olmayaraq – baha və ya ucuz olmasından asılı olmayaraq – qeyri-neft sektoru daha ciddi inkişaf etdirilməlidir”.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Sentyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri