Icma.az
close
up
RU
“Qeyri neft sektoru inkişaf etməlidir ki, insanlar daha yüksək maaş alsın” İQTİSADÇI

“Qeyri neft sektoru inkişaf etməlidir ki, insanlar daha yüksək maaş alsın” İQTİSADÇI

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il üçün büdcə layihəsinə verdiyi rəyə əsasən, əhali gəlirlərindəki dinamika və demoqrafik dəyişikliklər Fondun maliyyə dayanıqlığına təsir edə biləcək əsas amillər kimi qiymətləndirilir.

Əmək bazarındakı qeyri-sabitlik, yaşlı əhalinin artması və gəlir bölgüsündəki fərqlər sosial sığorta sisteminin gələcəkdə yükünü artırmaq potensialına malikdir.

Bu baxımdan, DSMF-nin gələcək dövrlərdə dayanıqlı maliyyə idarəçiliyini təmin etməsi üçün struktur islahatlar və uzunmüddətli planlaşdırma mühüm əhəmiyyət daşıyır.

Bəs əhali gəlirlərindəki dəyişikliklər və demoqrafik meyillər DSMF-nin maliyyə sabitliyinə hansı konkret riskləri yarada bilər və bu risklərin azaldılması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı Xalid Kərimli vurğulayıb ki, qeyri-neft sektoru inkişaf etməlidir ki, insanlar daha yüksək maaş alsınlar:

“Əhalinin işlə təmin edilməsi vacib məsələdir. Əhali yaxşı işlə təmin olunmalıdır ki, gəlirləri artsın, orta aylıq əməkhaqqı yüksəlsin və əməkhaqqından tutulan məbləğlər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə problemlərini həll etməyə kömək etsin. Yəni, qeyri-neft sektoru inkişaf etməlidir ki, insanlar daha yüksək maaş alsınlar.

Hazırda Azərbaycanda əhalinin orta aylıq əməkhaqqı 1100 manata yaxınlaşır, bu da təxminən 650 dollardır. Bu rəqəm Gürcüstan və Ermənistandakı göstəricilərdən də aşağıdır. Belə vəziyyət çox biabırçıdır və gələcəkdə bu fərqin daha da artacağı gözlənilir. Mən bu müqayisəni Fransa, İngiltərə, Danimarka və ya Avstriya kimi inkişaf etmiş Avropa ölkələri ilə aparmıram. Mən söhbətimizi bizə yaxın, oxşar inkişaf tarixinə malik ölkələrlə – məsələn, Gürcüstan, Ermənistan kimi dövlətlərlə aparıram. Hətta Baltikyanı ölkələri, Türkmənistan və Qazaxıstan kimi Mərkəzi Asiya ölkələrini də bu müqayisəyə daxil etmirəm”.

İqtisadçının sözlərinə görə əhalinin yaxşı yaşaması üçün əsas məsələ odur ki, insanların işləməsi, əmək bazarı inkişafı və maaşların artmasıdır:

“Belə olduqda həm əhalinin rifahı yüksələcək, həm də DSMF-yə daxil olan sosial ayırmalar artacaq və fondun maliyyə sabitliyi təmin ediləcək.

Bununla yanaşı, əhalinin yaşlanması problemi də mövcuddur. Buna görə də Azərbaycanda pensiya yaşı artırılıb və Avropa ölkələrindəki səviyyəyə gətirilib. Hazırda kişilər 65, qadınlar isə 64,5 yaşında pensiyaya çıxırlar və yaxın illərdə bu da 65 yaşa çatacaq.

Lakin burada əsas problem odur ki, Avropada insanlar 65 yaşında pensiyaya çıxandan sonra orta hesabla 17–18 il yaşayırlar. Orada gözlənilən ömür müddəti 82–83 ildir. Azərbaycanda isə bu göstərici cəmi 75 ildir. Yəni, pensiya yaşı Avropa standartlarına uyğunlaşdırılsa da, insanların ömür uzunluğu bu səviyyədə deyil. Deməli, artıq bütün sərt addımlar atılıb — yəni, pensiya yaşının artırılması, pensiya hüquqlarının məhdudlaşdırılması kimi məsələlər həyata keçirilib. Hazırda MDB məkanında ən gec pensiyaya çıxan ölkə Azərbaycandır”.

Gülxanım Əliyeva

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Noyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri